Futbol üzrə Mərakeş yığması Qətərdə keçirilən futbol üzrə dünya çempionatının kəşfinə çevrilib. Mərakeşlilər dünya çempionatlarının tarixində dörddə birə və yarım finala yüksələn ilk Afrika ölkəsi olub.
Hələ qrup mərhələsində Belçika və Kanadanı məğlub edən, Xorvatiya ilə isə heç-heçə oynayan Mərakeş millisi 1/8 finalda İspaniyanı, ¼- finalda isə Portuqaliyanı oyundan kənarlaşdırıblar. Parlaq nəticələri ilə bütün dünyanı heyrətləndirən Mərakeşə bundan sonra marağın artaağı, turizm axınının çoxalacağı şübhə doğurmur. Üstəlik ölkənin coğrafi vəziyyəti də buna imkan verir.
Aralıq dənizi, Atlantik okeanı və Afrikanın arasında
Mərakeş Krallığı Afrikanın ən şimal-qərb tərəfində yerləşir. Ölkənin sahillərini şimaldan Aralıq dənizi, Qərbdən isə Atlantik okeanının suları yuyur. Afrikalı qonşularına gəlincə, Mərakeş şərqdə Əlcəzairlə, cənubda isə Mavritaniya ilə qonşudur.
Məmləkəti əl-Məğribiyyəti
Ölkənin tarixi onun adında özünü tam əks etdirir – Mərakeşin ən rəsmi adı «Min bir gecə» nağıllarını xatırladır - Məmləkəti əl-Məğribiyyəti-dir, yəni Məğrib Krallığı.
Tarixi boyunca Mərakeş bu ərazilərdə olan bütün güclü dövlətlərin işğalı altında olub. Bizim eranın əvvəlində buralar Karfagen torpaqları olub, sonra bu əraziləri romalılar işğal edib. Sonra Roma imperiyasını dağıdan vandallar 400-cü illərdə bu ölkəni də işğal edib. 500-cü illərdə isə bura artıq Bizans imperiyasının nəzarətində idi. 682-ci ildə Afrikanın ərəblər və müsəlmanlar tərəfindən işğalı başladı və Mərakeş ərazisində böyük dövlət quruldu. 12-13-cü əsrlərədək Mərakeş İspaniya və Portuqaliyadan tutmuş Liviya, Tunis və Əlcəzairi də əhatə edən böyük bir imperiyanın mərkəzinə çevrlmişdi. Sonradan imperiya dağıldı – buranı növbə ilə portuqallar və ispanlar işğal etdi. 16-17-ci əsrlərdə Mərakeşin «qızıl dövrü» yaşandı – ölkə həm ərazi, həm də iqtisadi cəhətdən gücləndi. Sonradan daxili müharibələr nəticəsində gücünü itirdi, amma uzun müddət müstəqilliyini qoruyub saxlaya bildi. Hətta ABŞ-ın müstəqilliyini ilk tanıyanlardan olmağa da imkan tapdı.
100 ildən artıq Fransanın müstəmləkəsi
1/9-cu əsrdə Avropalı işğalçılar Mərakeşi yenidən nəzarətə götürdülər. Buranı müxtəlif vaxtlarda İspaniya, Fransa, Britaniya işğal edib. Son nəticədə Mərakeş 100 ilə yaxın müddətdə Fransanın müstəmləkəsinə çevrildi.
1-ci və 2-ci dünya müharibələrindən sonra Fransa Mərakeş üzərindəki hakimyyətindən əl çəkir və 1956-cü ildə ölkə müstəqil olur.
O vaxtdan Mərakeş müstəqil siyasət yürüdən ölkədir, amma regionda ABŞ və Fransanın ən yaxın müttəfiqi tanınınr. 2004-cü ildə isə Mərakeş ümumiyyətlə ABŞ-ın NATO-dan kənarda ən yaxın müttəfiqi elan edilir.
Avropaya ən yaxın Afrika ölkəsi
Afrikanı Avropa ilə ayıran məşhur Cəbəllütariq boğazı Mərakeşi İspaniya ilə ayırır. Yeri gəlmişkən, elə burada Mərakeşin İspaniya ilə mübahisəli əraziləri və adaları var – hətta İspaniyanın iki kiçik yaşayış məntəqəsi Mərakeş ərazisindədir.
Mərakeş Avropaya göründüyündən də yaxındır. Belə ki, İspaniyaya məxsus olan Sueta şəhəri Mərakeş tərəfdə, ölkənin şimal sahilində yerləşir və birbaşa Cəbəllütariqə baxır. Buradan adi gözlə baxanda İspaniyanın Avropa hissəsində avtomobillərin hərəkətini belə izləmək mümkündür. İspaniyaya alınan viza ilə isə Afrikaya da gəlib Sueta və Melilya şəhərlərinə getmək olar.
Yəni Mərakeşin İspaniya üzərində qabiliyyəti həm də bu məsələyə görə emosional idi.
Qərbi Səhra kimindir?
Mərakeş özü də bu məsələdə «aydan arı deyil» - ölkə qonşu ərazini - Qərbi Səhranı işğal edib və buna görə Afrika ölkələrinin əksəriyyəti ilə münasibəti pozulub, hətta Afrika İttifaqından çıxıb.
Mərakeşin hibrid demokratiyası
Mərakeş Krallıqdır – ölkədə bütün hakimiiyyət kralın əlində cəmləşib. Bütün qanunları kral imzalayır, veto qoyur, amma parlamentdə 3-də 2 səs çoxluğu ilə bu vetonu aşmaq mümkündür. Kral həm də silahlı qüvvələrin komandanıdır və baş nazirin rəhbərlik etdiyi hökuməti təyin edir.
Mərakeşdə 2 palatalı parlament fəaliyyət göstərir, demokratiyanın dərəcəsi baxımından yanaşanda isə «Economist Intelligence Unit»in demokratiya indeksi qiymətləndirməsinə görə, Mərakeşdə hibrid rejimdir – yəni ölkədə həm avtoritar rejim, həm də müəyyən dərəcədə demokratiya var. Amma demokratiyaya keçid hələ başa çatmayıb. Yeri gəlmişkən, hibrid rejimlər resurs ölkələri üçü xarakterikdir və adətən uzunömürlü olur.
Amma iqtisadi idarəetmə və biznes mühiti liberaldır- beynəlxalq hesabatlara görə, bu öolkədə biznes qurmaq azadlığı kifayət səviyyədədir.
Əhalisinin 60%-i berberlərdir
Mərakeş əhali sayına görə Afrikanın ərəbdilli ölkələri arasında 4-cü böyük ölkədir – 37 milyon nəfər. Mərakeşin paytaxtı Rabat, ən böyük şəhərləri isə məşhur Kasablanka (3,8 mln nəfər), Fes (1,3 mln), Tanjer (1,2 mln) və başqalarıdır.
Əhalisinin 60%-i berberlər, 40%-i ərəblərdir. Dini inancına görə Mərakeş 99% müsəlmanlardan ibarətdir.
Mərakeşin sahəsi isə 446 min kvadrat kilometrdir – Azərbaycandan təqribən 5 dəfə böyük sahəyə malikdir və dünyada sahəsinə görə 57-ci yerdədir. Ölkə ərazisinin yalnız 12%i kənd təsərrüfyatı üçün yararlı torpaqlardır – 9 milyon hektar. Burada dağlıq, meşəlik ərazilər var.
«Afrika = yoxsulluq və inkişaf etməmək» - MIFDIR
Mərakeşin daim genişlənən pullu avtomobil yolları şəbəkəsi daxil olmaqla əla yolları var.
Banklar və mobil rabitə mərkəzləri elektron növbə funksiyasından fəal istifadə edir, elektrik enerjisi və su üçün kommunal ödənişlər sayğacların göstəricilərinə əsasən avtomatik formalaşdırılaraq, hesablamalar və qeydiyyatla sakinləri narahat etmədən ünvanlara göndərilir.
Qaz və neft yataqlarının olmaması səbəbindən hökumət alternativ enerji mənbələrini aktiv şəkildə inkişaf etdirir. Keçən il Kral VI Məhəmməd Səhrada günəş enerjisi konsentratının ilk fraqmentini təntənəli şəkildə işə saldı. Plana əsasən, krallıq elektrik enerjisinə olan tələbatının yarısına qədərini belə təbii enerji mənbəyindən təmin edə biləcək. 500 000 ədəd 12 metrlik güzgüdən ibarət bu yüksək texnologiyalı struktur hətta kosmosdan da aydın görünür və yaxın illərdə dünyanın ən böyük günəş stansiyasına çevriləcək.
Afrikanın 5-ci böyük iqtisadiyyatı
Ölkə iqtisadiyyatının vəziyyətinə gəlincə, 2021-ci ildə ÜDM-in həcmi nominal olaraq 131 milyard dollar, alıcılıq pariteti hesabı ilə 290 milyard dollar olub. Bu göstəriciyə görə Mərakeş dünyada 57-58-ci yerləri tutur.
ÜDM həcminə görə Mərakeş Afrika ölkələri arasında 5-ci yeri tutur. Əsas gəlir mənbələri turizm, əkinçilik və ticarətdir. Hər il Mərakeşə 10 milyon turist səfər edir, onların əksəriyyəti avropalılardır.
Əhalinin adambaşına ÜDM həcmi isə nominal olaraq 3300 dollar, alıcılıq paritetini görə isə 8100 dollar təşkil edir.
Ölkə iqtisadiyyatının 13%-ni kənd təsərrüfatı, 38%-ni sənaye, 49%-i xidmətlər təşkil edir.
2020-ci ildə Mərakeş iqtisadiyyatı 6,3%, 2021-ci ildə isə 7,2% artıb. 2022-ci ildə isə cəmi 1,1% artım gözlənilir.
İxrac və idxalı bərabərdir
Mərakeşin ixracı və idxalı demək olar eynidir – 7,8-7,9 milyard dollar. Əsas ixrac malları ilbizlər, təzə pomidor, balıq və balıq məhsulları, şəkər qamışı və çuğunduru, eləcə də sitrus və adi meyvələrdir. Dünyanın ən dadla mandarin və portağalları Mərakeşdə yetişir.
Əsas idxalı isə taxıldır. Mərakeşin ixracında maraqlı məqam – ölkənin ilk ən böyük 8 alıcısı, başda İspaniya olmaqla Avropa ölkələri və ABŞ-dır.
1 dollar – 10 dirhəmdir
Mərakeşin pul vahidi Mərakeş dirhəmidir - 0,095 dollar. Yəni 1 ABŞ dolları 10,56 dirhəmdir. Amma bir il əvvəl 9,25 dirhəm idi.
İlbiz və pomidor iqtisadiyyatı
Kənd təsərrüfatı Mərakeş üçün xüsusilə əhəmiyyətlidir, belə ki, ixracın 44%-i kənd təsərrüfatı mallarının payına düşür. Amma bu sahə də iqlimdən asılıdır - ölkədə kənd təsərrüfatı torpaqlarının cəmi 18%-i süni suvarıla bilər.
Mərakeş xüsusilə ilbizi ilə məşhurdur – illik ilbiz ixracı 1,2 milyard dollara çatır (bütün ixracın 15%-i). Pomidor ixracının həcmi isə 855 milyon dollardır – bütün ixracın 11%-i. Mərakeşdə avtomobil də buraxılır, tekstil sənayesi isə əsasən Avropa ölkələrnə ixrac olunan geyimlər buraxır.
140 su anbarı olan ölkə
Yeri gəlmişkən, kənd təsərrüüfatını iqlim təsirləridən qorumaq üçün hələ 1960-cı illərdə kral 2-ci Həsənin təşübbüsü ilə ölkədə su anbarlarının tikintisinə başlanılıb.
Nəticədə hazırda şəhərlərin 100%-i kəndlərin isə 60%-i su ilə təmin edilib. Hazırda ölkədə ümumi tutumu 18 milyard kubmetrə çatın 140 iri su anbarı və 100-dən artıq su bəndi var. Orta hesabla ildə 2-3 su anbarı tikilir.
Fosforit ixracına görə dünyada 1-ci yer
Mərakeşin əsas faydalı qazıntı ehtiyatı fosforitdir - Mərakeş eştiyatların həcminə görə dünyad 3-cü, ixracın həcminə görə isə 1-ci yeri tutur.
Burada qurğuşun, marqans, mis, kobalt, sink və barit yataqları və dəmir ehtiyatları da var. Yeri gəlmişkən, məhz dəmir yataqlarına görə 1963-cü ildə Mərakeşin qonşu Əlcəzairlə silahlı konflikti olmuşdu.
5 milyon yoxsul var
Mərakeşdə orta aylıq əmək haqqı 390 dollar, dövlət sektorunda orta aylıq əmək haqqı isə təqribən 750 dollardır.
Hazırda Mərakeşdə ən böyük problem işsizlikdir - əhalinin 23%-i işsizdir.
İqtisadi göstəricilərinə baxmayaraq Mərakeşlilərin bir hissəsi yoxsuldur – ölkədə 5 milyon nəfərin gündəlik gəliri 1 dollardan aşağıdır (Dünya Bankının yoxsulluq səviyyəsi), sosial müavinətlər isə ehtiyac olanların 5-ə birinə çatır. Ölkədə əhalinin 90%-i keyfiyyətli tibbi xidmət ala bilmir. 60% isə içməli su və elektrik qıtlığında yaşayır.
Hər 800 min nəfərə 1 stomatoloq düşür
Ölkədə ən böyük probemlərdən biri həkim, xüsusilə də stomatoloq çatışmazlıdıdır. Onu görə də həkimlər yüksək maaş alır, belə ki, gənc həkimin əmək haqqı 800 dollardan başlayır. Ölkədə stomatoloq qıtlığı edə bir həddədir ki, hər 800 min nəfərə cəmi 1 stomatoloq düşür. Həkim qıtlığı səbəbindən dişlərin normal müalicəsi çox az adama qismət olur, əksər hallarda dişin müalicəsi onun birdəfəlik çəkilməsi deməkdir. Bu işlə ticarətçilər də məşğuldur, diş çəkən ticarətçiləri kəmərindəki kəlbətinlərdən tanımaq olur.
«Taxt-tac oyunları» və «Agent 007: Spektr»
Mərakeş i Afrikanın Bombeyi adlandırmaqolar – bura kino industriyasının sevimli məkanıdır. Hər il burada 100-lərlə film səkilir. 1983-cü ildə yaradılmış 20 hektarda yerləşən «Atlas» kinostudiyası isə isə dünyanın ən böyük kinostudiyasıdır. Məhz burada 2000-ci ildə məşhur «Qladiator» filmi ilə yanaşı, «İnkəndər», «Asteriks və Obeliks: Kleopatra missiyası», «007: Spektr» və hətta «taxt-tac oyunlarının» 3-cü mövsümünü çəkiblər.
Ən qədim universitet və ən hündür məscid
Mərakeşin Fes şəhərində dünyanın ən qədim universiteti yerləşir – 859-cu ildə yaradılan universitet Avropa standartları ilə diplom verməyə 1947-c ildən başlayıb.
Kasablanka şəhərində isə dünyann ən böyük dini tikilisi var – buradakı məscidin hündürlüyü 200 metrdir, bu – Vatikandakı Müqəddəs Pyort kilsəsindən 40 metr, Xeops ehramından isə 30 metr hündürdür.
Dünyanın yeganə «maye qızıl» istehsalçısı
Mərakeş dünyada yeganə ölkədir ki, burada «maye qızıl» – arqan yağı istehsal edilir. Arqan yağı arqan toxumlarından istehsal edilir və bütün dünyada kosmetika sənayesindən geniş istifadə olunur. Arqan yağı əllə istehsal edilir və dünyada analoqu yoxdur. Təqribi hesablamaya görə, bir qram arqan yağı hazırlamaq üçün 50 kiloqram meyvə emal edilməlidir, bu həcmdə meyvə isə 7 ağacdan toplanır və böyük fiziki zəhmət tələğb edir.
Afrikanın qar yağan ölkəsi
Yeri gəlmişkən, Mərakeş – Afrika ölkələri arasında qar yağan azsaylı ölkələrdəndir. Mərakeşdə dağlarda qar bir neçə ay qalır və burada qış ərzində xizəkdə belə sürüşmək olur.