Yapon menecmenti kompaniyaların idarə edilməsində xətti-qərargah və layihə təşkilati idarəetmə strukturuna müraciət edir. Həm də, bu strukturlar yapon komaniyalarında elastikliyi ilə seçilir, hansı ki bu elastiklik firma daxili mobilliyi artırır və yeni şəraitə adaptasiyanı keyfiyyətli şəkildə təmin edir.
Biznesin strateji idarə edilməsi yapon firmaları üçün daha xarakterikdir. Professor İsikava Kaourinin qeyd etdiyi kimi amerikan firmaları cari gəlir artımı və səhm dəyərlərini qaldırmaq haqqında geniş müzakirələr apardığı halda yapon firmaları uzunmüddətli strategiyaları önə çəkir. Yapon menecmentində strateji yanaşmaların-mükəmməl keyfiyyətə nəzarət sistemi, strateji planlar, risklərin uzunmüddətli idarə edilməsi daha güclü bazası vardır. Operativ qərar qəbulunda qərb və amerika kompaniyalarına nisbi uduzan yapon firmaları strateji qərar qəbulunda və strategiyaların realizasiyasına yiyələnmə tezliyində onları üstələyir.
Yapon firmalarında biznes xərclərinin strateji idarə edilməsi-tarqet kostinq. Maykl Porterin qeyd etdiyi kimi ən geniş yayılan rəqabət strategiyaları “ən ucuz mal”, “başqa əmtəələrdən fərqli əmtəə” , “keyfiyyətə yönəlmiş” strategiyalardır. Lakin, əmtəələri ucuz sat strategiyası əmtəələrə çəkilən xərclərin minumuma endirilməsini və xərclərin məqsədyönlü idarə edilməsini nəzrdə tutur. 1960-cı illərdə sadə və effektiv sistem olan maya dəyərinin məqsədyönlü idarə edilməsi-tarqet kostinq sistemi yapon mütəxəsisləri tərəfindən kompaniyalara təklif edildi. Biznes sferasında güdən sürətli dəyişmələr bu cür sistemin yaradılmasına rəvac verir. Müasir biznes üçün uğur və rəqabət innovasion məhsulların bazara təklifidir. Bazara yeni daha təkmil məhsul təklif etmədən hər hansı uğurdan danışmaq olmaz. Tarqet kostinq konsepaiyasının müəllifi Yaponiyadır və 1960-cı illərdə ilk dəfə Toyota kompaniyası bunu tətbiq etmişdir. Tarqet kostinq sistemi-xərclərin strateji cəhətdən azaldılmasına kömək edən, istehslada yeni məhsul buraxlışına imkan verən, qabaqcadan xərclərə nəzarətə şəraiti yaradan və bazar reallıqlarını nəzərə alaraq məqsədli maya dəyərinin hesablanmasını təmin edən tam bir idarəetmə konsepsiyasıdır. Əsaslı şəkildə ilk müasir tarqet kostinq sisteminin müəllifi Toşiro Xiromitodur`21,17-25`. Tarqet kostinq sistemi uzunmüddətdir istehsal müəssisələrində geniş şəkildə istifadə edilir. Xüsusən də yeni formalı məhsullar və yeni model məhsullar hazırlandığı və satışa çıxardıldığı innovasiya sahələrində daha çox tətbiq edilir. Iri yapon firmalarının 80%-i tarqet kostinq sistemindən yararlanır. Bu firmalara Toyota, Nissan, Sony, Matsushita, Nippon Denso, Daihatsu, Cannon, NEC, Olymps, Komatsu kimi beynəlxalq brendlər aiddir. Amerikan kompaniyaları tarqet kostinq sisteminin tətbiqində yapon həmkarlarından çox geri qalır. Tarqet kostinq sistemində maya dəyərinin formalaşması formulası:
Qiymət – Gəlir = Maya dəyəri (məqsədli maya dəyəri)
Maya dəyəri smetası- məqsədli maya dəyəri = ixtisar olunacaq məbləğ
Bu sadə formula imkan verir ki, hələ məhsulun layihələndirilməsi etapında xərclərə qabaqcadan nəzarət və qənaət edilsin. Bu sistemin üstünlükləri: birincisi, iterativ yanaşma, mərhələli olaraq bütün nuansların nəzərə alınması. Menecerlər və işçilər çalışırlar ki, məqsədli maya dəyərinə nail olsunlar, bu zaman innovativ düşüncə tərzi yüksəlir; ikincisi, məhsul istehsalında daima təkmilləşmələr və yenidən layihələndirmədə qənaətcillik və detallı təhlil geniş yer alır. Əgər, maya dəyəri smetası məqsədli maya dəyəri ilə uzlaşırsa onda onun tətbiqi həyata keçrilir, əgər yox onda yeniliklər axtarılır ki, smeta azaldılsın.
Nəhayət, son olaraq aşağıdakı qənaətlərə gəlmək olar:
-
Biznesin strateji idarəedilməsinin dünya təcrübəsinin öyrənilməsi kompaniyaların inkişafında mühüm məsələdir. BSİ konsepsiyasının yaradıcıları olan ABŞ və Yaponiya təcürbəsi isə bu sahədə daha əhəmiyyətlidir;
-
ABŞ kompaniyaları bizneslərinin strateji idarəçiliyini həyata keçirərkən cari hədəfləri önə çəkib strateji məqsədlərə nail olurlarsa, yapon kompaniyaları strateji hədəfləri müəyyənləşdirərək taktiki addımlar silsiləsi yaradır;
-
ABŞ kompaniyalarında prioritetlik cari gəlirə və səhm dəyərinin artırılmasına verildiyi halda, yapon firmalarında üstünlük insan resurslarının strateji inkişafına verilir;
-
ABŞ firmalarında strateji məqsədlərə nail olma yeni kadrların gətirdiyi yeniliklər və fərdi kariera üzərində qurulan naliyyətlər hesabına başa gəlirsə, yapon firmalarında strateji məqsədlərə kollektiv və komanda səyi nəticəsində nail olunur, strateji ideyalar fərdə yox komandaya məxsusdur;
-
Yapon və ABŞ kompaniyalarının təcrübəsi göstərdi ki, biznesin strateji idarə edilməsində əsas məqamlar bunlardır: güclü komanda, çevik insan resursları və korporativ ruh, optimal idarəçilik sistemi, təşkilati idarəetmə strukturu, güclü rəqabətqabliyyətli məhsul buraxılışı konsepsiyası, keyfiyyətin yeni sistemlərinə yiyələnmə və tarqet kostinq sisteminin tətbiqi; Yapon firmaları üçün strateji potensial insan resursları, ABŞ firmaları üçün isə maliyyə resurslarıdr.Yapon kompaniyalarının insan resurslarının inkişafına çəkdiyi xərclərin firma büdcəsində payı, ABŞ-la müqayisədə bir neçə dəfə çoxdur
ABŞ və Yaponiya dünyanının biznes liderləridir və biznesin strateji idarə edilməsi sahəsində ən güclü ideya ixracı bu ölkələrin payına düşür. Ardı var...