FED.az iş dünyasının əsas məkanı olan biznes mərkəzlərinin tarixini təqdim edir.
Əsrlərdən bəri daim inkişaf edərək təkmilləşən daşınmaz əmlak bazarı 19-cu əsrin sonunda yeni dəyişikliyə məruz qaldı. Həmin vaxtadək ənənəvi olaraq bazarın əsas hissələri torpaqlar və mülklər sayılırdı.
Eləcə də bax: Sadəcə iş yeri - OFİSLƏR – BİZNES TARİXİ
19-20-ci əsrlərin qovşağında isə insanların yeni məşğuliyyət növü formalaşdı. Bu - biznes idi. Biznes adı altında ən müxtəlif fəaliyyət başa düşülürdü, bir şərtlə ki, real gəlir gətirsin. Biznesin aparılması üçün xüsusi binalar tələb olunurdu.
Nəticədə ötən əsrin əvvəllərində əmlakın yeni seqmenti – ofislər formalaşmağa başladı. Çox tezliklə biznes ehtiyacları və qarşılıqlı xidmət tələbatları bu ofisləri birgə məkanda toplaşmağa vadar etdi. Bunlar – biznes mərkəzləri idi.
Eləcə də bax: Türkiyədə Cümhuriyət dövründən qalan şirkətlər – SİYAHI
Biznes mərkəz - işgüzar fəaliyət aparmaq üçün zəruri infrastruktura malik olan müasir ofis binası və ya binalar kompleksidir. Bir qayda olaraq biznes-mərkəzlərdəki ofislər icarəyə verilir. Bznes mərkəzlər yerindən vəinfrastrukturun səviyyəsindən asılı olarvaq bir neçə kateqoriyaya bölünürlər. Biznes mərkəzlərin səviyyəsi artdıqca ("S"dən "A"yadək)ofisin icarə qiyməti də yüksəlir.
"Dünyanın ilk biznes mərkəzi harada yaradılıb" sualına əksəriyyətimiz "Əlbəttə ki, Amerikada" cavabını verərdik. Amma belə deyil - ilk biznes mərkəzi İtaliyada yaradılıb. Hələ uzaq 16-cı əsrdə, daha dəqiqi 1559-cu ildə Florensiya hersoqu Kozimo I Mediçi şəhərin bütün inzibati idarələrini bir binaya yığması qərara aldı. Yeni bina «Uffitsi», yəni "ofislər" adlanırdı. Başqa sözlə, məşhur "ofis" sözü İtaliyada ortaya çıxıb. Hazırda Florensiyalakı «Uffitsi» binası muzey kimi fəaliyyət göstərir. Tarix göstərdi ki, Mediçinin baxışları öz dövrünü xeyli qabaqlayırdı. Belə ki, orta əsrlərdəiqtisadi şərait biznelə məşğul olanların bir yerə toplanağağı qədər inkişaf etməmişdi.
Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
Kapitalizm dövründə isə bizneslə məşuğ olan şəxslər biznesmenlər, onların işlədiyi yer ofislər, ofislərin yerləşdiyi binalar isə biznes mərkəzlər adlanmağa başladı.
Sovet İttifaqının dağılmasından sonra biznes mərkəzləri postsovet məkanına da ayaq açdı. İndi dünyanın istənilən iri şəhərini biznes mərkəzlərsiz təsəvvür etmək mümkün deyil.
Eləcə də bax: Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR
Adətən biznes mərkəzlər ayrıca binalar kimi tikilir. Bununla yanaşı, hazırda bəzi biznes mərkəzlər ümumi kompleksin bir hissəsi kimi işləyir. Onlardan başqa bu komplekslərə otellər, əyləncə mərkəzləri, ticarət mərkəzləri vəs. aiddir. Biznes mərkəzlərini ölçülərinə görə kiçik, orta və iri kateqoriyalarına ayırırlar. Buradakı şərait və göstərilən xidmətin keyfiyətinə görə isə BM-lər A, V və S kateqoriyalarına bölünürlər.
Biznes məkəzlər qeyri-yaşayış sahələrinə aiddir. Ona görə də onlar işgüzar fəaliyyət üçün lazımi şəkildə tikilməlidir. Biznes mərkəz üçün yaxşı və ənnəvi nümunə göydələnlərdir. Belə binalarda təşkilatlar, şirkətlər və bizneslə məşğul olan başqa qurumlar yerləşir.
Eləcə də bax: Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Dünyanın ən maraqlı biznes mərkəzlərindən biri Çində yerləşər. Deçjou şəhərində 2009-cu ildə tikilən biznes mərkəzin qeyri-adi forması uzaqdan yarıyadək yerə başmış uçan boşqabı xatırladır. Binada işgüzar otaqlardan başqa otel, sərgi mərkəzi, istirahət otaqları və s. ərazilər var.
Bu dünyanın ən böyük enerji qoruyucu binalarından biridir. Onun enerjiyə olan tələbatı günəş enerjisi hesabına ödənilir.
20-21-ci əsrlərdə iri biznes mərkəzləri beynəlxalq statuslu mərkəzlərə çevrilməyə başladılar. Şəhərlərin ən presticjliərazilərində salınan belə mərkəzlər həm də maliyyə mərkəzi rolunu oynayır və Biznes-Siti adını alırdılar. Beləkomplekslərə ABŞ-da Dauntaun, Londondakı Doklend-taun, Parisdəki Defans-Siti, Şanxaydakı Pudon-Siti, Honkonqda Finans Siti, Moskvadakı Moskva-Sitini və s. misal gətirmək olar.
Müstəqillik illərində Azərbaycanda, xüsusilə də paytaxt Bakaıda da biznes mərkəzlərinin sayı sürətlə artmağa başlayırdı. Hazırda Bakıda müasir tələblərə cavab verən onlarla biznes mərkəz fəaliyyət göstərir. Bazarda rəqabət artdıqca, mərkəzlərin qiyməti də azalmağa, təqdim etdikləri xidmətlər isə əksinə genişlənməyə başlayıb.
Müşahidələr göstərir ki, Bakıdakı biznes mərkəzləri icarə qiymətlərini azaltmağa başlayıblar. Tələbatın azalması fonunda bəzi biznes mərkəzləri qiymətləri azaltmaqla yanaşı, müştərilərə təklif olunan xidmətlərin çeşidini dəartırıblar.
Müştəri qıtlığını,ticarət mərkəzlərində təklif olunan sahələrin kifayət qədər olmasından da başa düşmək olur. Ticarət mərkəzləri obyektlərini icarəyə verə bilmək üçün hətta ofis sahələrini kiçiltməyə də razıdılar.Əvvəllər isə heç də hər ticarət mərkəzi icarəyə verdiyi sahəni kiçiltmirdi.
Ekspertlərin hesablamalarına görə, biznes mərkəzlərin əksəriyyətində qiymətlərin təqribən 30% aşağı düşdüyünü demək olar.
Bakının biznes mərkəzlərində ofislərin ölçüləri 23-25 kvadratmetrdən başlayaraq 700-900 kvadratmetrədək artır.
İcarə haqları isə adətən kvadratmetrə görə hesablanır. Son vəziyyətə görə, biznes mərkəzlərində icarə haqlarının qiyməti 10-40 manat arasındadır.
İcarə haqlarına kommunal xidmətlərin, təhlükəsizlik və təmizlik xidmətləri də aiddir.
Məlumat üçün qeyd edək ki, Bakıda icarəyə təklif olunan ən bahalı ofis İçərişəhərdə yerləşir. Beləki, ümumi sahəsi 600 kv.m. olan 10 otaqlı əla təmirli və tam əşyalı ofis 11000 AZN təklif olunub.