Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

“4 qardaş bu işi bir yerdə görürük” - MÜSAHİBƏ

“4 qardaş bu işi bir yerdə görürük” - MÜSAHİBƏ | FED.az
08:12 15 Sen 2020

Osman Kazımov: "İndiyə kimi balı yoxlatdıran, testlərdən keçirən müştərilərimiz olub və bütün testlərdə uğurlu olmuşuq”

Eləcə də bax: “Uşaq olanda heç mismar da vura bilmirdim” – PEŞƏKAR HÖRGÜ VƏ SUVAQ USTASI

"Yay aylarında arıların gündüz oyanıb işə getdikləri zaman çıxardıqları səsin gözəlliyinin xüsusi zövqü var. Sizin üçün qoşun işləyirmiş kimi qürurverici bir səs olur”.

"Babam həmişə deyirdi ki, arı saxlamaq bir ailə saxlamaq qədər məsuliyyətli işdir. Düzdür, gəlirli sahədir, amma zəhmət, əziyyət çəkmək tələb edir”.

 Osman Kazımov ailələrinin arıçılıq təsərrüfatının məhsulunun satışını aparmaq üçün bu sahəni biznes halına gətirib. Hazırda bu işi genişləndirmək, brendi daha çox tanıtmaq üçün 4 qardaş bir yerdə çalışırlar. Qeyd edək ki, O.Kazımov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geoloji kəşfiyyat üzrə bakalavr, Türkiyənin Doğu Akdeniz Universitetində isə MBA təhsili alıb. Hazırda geoloq-mühəndis olaraq çalışır. 

FED.az Kaspi.az-a istinadən  "Şəfa balı” brendinin qurucusu Osman Kazımovun müsahibəsini təqdim edir:  

- Arıçılıq sizdə ailə təsərrüfatıdır. Maraqlıdır, nə vaxtdan bu təsərrüfatda işləməyə başlamısınız?

- Babam Kazımov Mirzəxan 1940-cı ildən etibarən arıçılıqla məşğul olub. 2014-cü ildə rəhmətə getdi. 70 ildən çox arıçılıqla məşğul olub. Arıçılığın bütün sirlərinə bələd idi. Astara, Lənkəran və Masallı bölgələrində xeyli arıçı yetişdirmişdi. O, insanlara arıçılığı sevdirərək bu sahəyə marağı artırmışdı. Bunu necə etdiyini də deyim. Biz arıları mövsümü olaraq gəzdiririk. Məsələn, arıları hansısa sahəyə aparırıq. Həmin sahənin sahibi ilə danışırdı, maraq oyanırdısa, ona və arıçılıq sevən digər insanlara arı hədiyyə edirdi. Bu yolla da arıçılığı sevdirirdi. Eyni qaydanı bu gün biz də yaşadırıq. Bu da arıçılığın inkişafına gətirib çıxarır. Babamla atam bir yerdə bu işi edirdilər. Bunları gördüyüm üçün məndə də maraq yaranmışdı. O sevgini mənə də aşılamışdılar. 5-6 yaşımdan atama və babama kömək etməyə başladım. Atam İntiqam Kazımov hazırda Azərbaycanın ən böyük arıçılarından biridir. Üç yüzədək arı ailəsini səyyar qaydada saxlayırıq.

- Bal satışının ənənəvi forması var. Bəs bu işin biznesinə başlamaq fikri necə yarandı?

- Mən magistratura təhsilimi bitirib qayıdandan sonra geoloq-mühəndis olaraq işləyirəm. Bal biznesi barədə düşünmə səbəbim o oldu ki, atam artıq yaşlanmışdı və bal satışını əvvəlki kimi həyata keçirə bilmirdi. Bal sərgilərində də satış istədiyimiz kimi getmirdi. Mən marketinq və satış işləri cəhətdən özümə güvənirdim. Türkiyədə təhsil aldığım dövrdə Kipr və Türkiyədə həmin sahələrdə kurslara gedərək təcrübə toplamışdım. Azərbaycana gələndən sonra gördüm ki, balın satış işləri yaxşı getmir və qərara gəldim ki, bal satışını brend yaratmaqla həyata keçirək.

- Bu işi tək qurdunuz?

- Xeyr, biz 4 qardaşıq və hamımızın bu işin təşkilində öz rolu var. Qardaşım Zəfər rayonda atamıza arıçılıq təsərrüfatında kömək edir. Digər 3 qardaş – Kazım, Nüsrət və mən Bakıdayıq, satış, biznes işini aparırıq. Ancaq vaxt tapdıqca gedib balın süzümü, arıların mövsümü yerdəyişikliyi, dərmanlanması zamanı atamıza köməklik edirik.

 

- Bu işin biznesə çevrilməsinə atanızın reaksiyası necə oldu?

- Atam bu ideyanı əvvəl qəbul etmək istəməsə də, sonra xoşuna gəldi. Artıq özü satış işini aparmır. 4 qardaş bu işi bir yerdə görürük. Atamızın təsərrüfatının məhsulunu brend etmək üçün çalışırıq. Bu, atama da xoş oldu. Azərbaycanda bal brendləri çox olsa da, xaricdə tanınması halı azdır. Biz də indi çalışırıq ki, balımızı xaricdə markaya çevirək. Üç ildir ki, bu işi brend adı altında görürük və kifayət qədər uğurlu olduğumuzu düşünürük.

- Biznes formasına keçəndə, nəyi dəyişdiniz?

- Biz satışları ənənəvi yollarla, yəni bazarda və yarmarkalarda satış formasında edirdik. Biznesə keçəndə qeyri-adi bir şey etmədik. Sadəcə, satışı daha modern formaya salmış olduq. Yəni ki, biz məhsullarımızı həm öz brendimiz, həm də öz saytımız vasitəsilə sosial şəbəkələrdə də satmağa və reklam etməyə başladıq. Məsələn, tanınmış şəxslərlə görüşüb balımızı onlara tanıtdırıb təqdim edirdik. Həmçinin, videolar çəkib onları internet üzərindən reklama çalışırdıq.

- Satış ancaq xüsusi qablaşdırılmada aparılır?

- Bizdə həm xüsusi qablaşdırma ilə satış aparılır, həm də ənənəvi qaydada. Müştəri necə istəsə.

- Satışın modern forması satışı nə qədər artırdı?

- 3 ildir satışı biznes kimi aparırıq. Modernləşdirmə sayəsində artıq əvvəlkindən 2-3 dəfə daha artıq satış edirik. Böyük fərqdir. Bunu daha da inkişaf etdirməyə çalışırıq.

- Öz işinizlə bir yerdə bunu idarə etmək o biri işinizə mane olmur?

- Bu işə daha çox həftə sonları vaxt ayırıram. Bu, kifayət edir. Digər tərəfdən, bal satışı hər ay eyni tempdə olmur. İnsanlar qış tədarükü görmək üçün balı əsasən iyul, avqust, sentyabr və oktyabr aylarında alırlar. Həmin aylardan sonra satış azalır, demək olar ki, minimuma enir. Bu səbəbdən ikisini bir yerdə idarə etməklə bağlı problem yaşamıram.

- İnsanların böyük qismi hansısa brend adı altında bal alanda bir az tərəddüddə olurlar. Bu düşüncənin geniş yayıldığı dövrdə müştərini cəlb etmək, onun inamını qazanmaq üçün nə etdiniz?

- Bəli, ilk dəfə bal sifariş edən müştəri tərəddüddə olur, keyfiyyəti ilə bağlı narahatlıq keçirir. Bunu başa düşürük və müştərilərə yerindəcə balın dadına baxıb almaq imkanı da yaradırıq. Dadına baxandan, keyfiyyətinə əmin olandan sonra daha arxayın alırlar. Digər tərəfdən, müştərilərimizə təklif edirik ki, istəsələr, balı laboratoriya şəraitində yoxlatsınlar. Əgər hər hansı qatqı maddəsi aşkar edilsə, biz ödənilən məbləğin on qatını onlara geri qaytaracağıq. Balın keyfiyyətindən əmin olmasaq, bunu deyə bilmərik. Müştərilərimiz bu ideyanı bəyənir. İndiyə kimi balı yoxlatdıran, testlərdən keçirən müştərilərimiz olub və bütün testlərdə uğurlu olmuşuq. Narazı qalan müştərimiz olmayıb. Bizim brendin və təsərrüfatın ən böyük uğuru da məhz budur. Bizim üstünlüyümüz odur ki, həm arıçıyıq, həm də öz brendimizi yaratmışıq. Bəli, ilk illərdə çətinliklərimiz oldu. İlk vaxtlar brendi yaratmaq üçün xərclədiyimiz vəsaiti tam ala bilmirdik. Ancaq məhsulumuzun keyfiyyətli olması biznesimizin xeyrinə işlədi, müştəri müştəri gətirdi.

- Bal biznesi quranların sayı indi çoxdur. Üstəlik də hər qiymətə bal satıldığını görürük. Belə bazarda rəqabət aparmaq nə dərəcədə mümkündür?

- Burda iki istiqamətdə satış aparılır. Biri korporativ, digəri pərakəndə satışdır. Balın korporativ şəkildə satılması o deməkdir ki, müxtəlif şirkətlərə və otellərə satılır. Azərbaycanda bir çox bal şirkəti satışın əsas hissəsini bu şəkildə həyata keçirir. Korporativ satış daha çox tanışlıq hesabına həyata keçirilir. Şirkətlər illərlə işlədikləri, tanışlıq və münasibət qurduqları firmalara üstünlük verirlər. Bu, qiymət və ya keyfiyyətlə bağlı deyil. Brendləşmə nə qədər geniş olsa da, sizin balınız keyfiyyətli deyilsə, onu sata bilməyəcəksiniz. Amma bizim keyfiyyətimiz yaxşı olsa da, mən bəzi şirkətlərlə əməkdaşlığa cəhd etsəm də, alınmadı. Çünki onların əvvəldən işlədikləri, tanışlıqları olan başqa brendlər var. Pərakəndə satış isə birbaşa xalqa satışdır. Bu cəhətdən hər şirkətin öz müştərisi var. Brendləşdirilmiş bal satmağın əsas yaxşı tərəfi odur ki, əgər sənin balın keyfiyyətlidirsə və bu gün bir müştərin varsa, gələn il minimum iki müştərin olur. Səbəb budur ki, sizin müştəriniz də öz dostlarına və tanışlarına deməklə satışlarınızı artırırlar. Burda rəqabət var. Bu zaman isə keyfiyyət məsələsi önə keçir. 

- Sizin məhsulu marketlərdə görməmişəm. Marketlərlə işləyirsiniz?

- Marketlərdə satış etmirik. Çünki insanlar marketdən bal almaq istəmirlər. Bu təcrübəmizdə yoxlanılıb və uğurlu olmayıb.

- Bazarda hər qiymətə, hətta çox ucuz qiymətə də bal görürük. Bu, satışınıza təsir edirmi?

- Hər bir sahədə olduğu kimi, bu sahədə də saxtakarlıqlar olur. Bəzi insanlar qiymətə, bəziləri isə keyfiyyətə önəm verir. Azərbaycanda balın ortalama satış qiyməti 20-30 manat arası dəyişir. Bu qiymətdən aşağı satsaq, ziyana işləmiş oluruq. Maya dəyəri aşağı olan ballar saxtadır. Hər qiymətə sata bilirlər. Bizim üçün maddiyyat ikinci plandadır. Biz əsas uğur qazanmağa yönəlmişik. Təbii ki, qazanc əldə etmək önəmlidir. Amma biz əsas işimizin uğurlu getməsinə diqqət yetiririk.

- Pandemiya dövrü satışınıza necə təsir etdi?

- İnsanların maddi durumu yaxşı olmadığı üçün təbii ki satışa mənfi təsir göstərdi. Xarici ölkələrə də bal satışı azaldı. Çünki Azərbaycana gələn turistlərə məhsullarımızı tanıdırdıq, bunun sayəsində xarici ölkələrə də satış aparırdıq. Pandemiya dövründə bu cəhətdən də problemlər yarandı.

Banner
Banner
  • "Şəfa balı”
  • brend
  • qurucu
  • bal
  • Osman Kazımov
Paylaş

Digər xəbərlər

"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
Biznes tarixi 22 İyun 2022
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Biznes tarixi 3 İyun 2022
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Biznes tarixi 1 İyun 2022
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Biznes tarixi 28 May 2022
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
Biznes tarixi 26 Aprel 2022
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Biznes tarixi 9 Aprel 2022
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
Biznes tarixi 7 Aprel 2022
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Biznes tarixi 6 Aprel 2022
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA
    13:30 11 Avq 2022
  • Rusiya XİN: "Laçın dəhlizi məsələsi üçtərəfli razılaşma əsasında həllini tapmalıdır"
    13:17 11 Avq 2022
  • Rusiya XİN Nikol Paşinyana - CAVAB VERİB
    13:03 11 Avq 2022
  • Türkiyə Qara dənizdə qazın hasilatına gələn ilin yazında - BAŞLAYACAQ
    12:56 11 Avq 2022
  • Mərkəzi Bankdan banklara verilən kreditlərlə bağlı yeni qayda gəldi – QAYDALAR SƏRTLƏŞİR
    12:50 11 Avq 2022
  • Azərbaycan bankları valyuta əməliyyatlarından - 138 MİLYON MANAT QAZANIBLAR
    12:36 11 Avq 2022
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:30 11 Avq 2022
  • Yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTOLAR
    12:21 11 Avq 2022
  • 40 dərəcə isti - SABAHIN HAVA PROQNOZU
    12:17 11 Avq 2022
  • FHN 10 tenderin nəticələrini açıqladı – 3,3 MİLYON MANAT SİFARİŞ – ŞİRKƏTLƏR, SİYAHI
    12:06 11 Avq 2022
  • Prezident bu rayona icra başçısı - TƏYİN ETDİ - SƏRƏNCAM
    12:01 11 Avq 2022
  • "Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
    11:45 11 Avq 2022
  • “Ryanair” ucuz bilet satışını - DAYANDIRACAQ
    11:41 11 Avq 2022
  • Bakıda abadlaşdırma işləri başlayır – BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    11:24 11 Avq 2022
  • "Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
    11:20 11 Avq 2022
  • Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - VİDEO
    11:17 11 Avq 2022
  • Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb - FOTO
    11:10 11 Avq 2022
  • “Kontakt”ın “Böyük Ad Günü festivalı” və böyük endirimlər - BAŞLAYIR
    11:04 11 Avq 2022
  • ABŞ-da ət məhsullarının tərkibində raktopamin aşkar edilib - ÇİN İDXALI DAYANDIRDI
    11:00 11 Avq 2022
  • İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
    10:55 11 Avq 2022
  • Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
    10:47 11 Avq 2022
  • Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
    10:35 11 Avq 2022
  • “Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
    10:30 11 Avq 2022
  • Avropada qazın qiyməti 2 210 dolları - KEÇİB
    10:27 11 Avq 2022
  • Rusiyada inflyasiya - DÜŞÜB
    10:21 11 Avq 2022
  • Azərbaycanda beynəlxalq avtomobil daşıyıcılarının sayı 3 dəfəyə yaxın - ARTIB
    10:16 11 Avq 2022
  • Yarıdan çoxu Rusiya bazarlarına göndərilir - FOTO
    10:09 11 Avq 2022
  • Riyad Əliyevin əmlaklarını kim ələ keçirib? - ARAŞDIRMA BAŞLADI
    09:49 11 Avq 2022
  • «Az-Pack» qablaşdırma məhsulları şirkəti kiçilib, satışı 3 dəfə azalıb – ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
    09:48 11 Avq 2022
  • "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə - BAŞLAYACAQ
    09:45 11 Avq 2022
  • İş adamlarına açıq məkanda reklam şərtləri - İZAH EDİLİB - TOPLANTI - FOTOLAR
    09:39 11 Avq 2022
  • "Satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir"
    09:28 11 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:24 11 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 11 Avq 2022
  • "Bakı Toxucu" şirkətinə - SƏDR SEÇİLƏCƏK
    09:17 11 Avq 2022
  • Bu ölkələrə səfər etmək - TƏHLÜKƏLİDİR
    09:11 11 Avq 2022
  • “Moody's” SOCAR-ın reytinqini yüksəldib - AGENTLİKDƏN AÇIQLAMA
    09:04 11 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:02 11 Avq 2022
  • Dövlət qurumu yanğınsöndürmə avadanlığı alır – MÜSABİQƏ ELANI
    08:40 11 Avq 2022
  • "Bona Dea International Hospital" işçi axtarır - VAKANSİYA
    20:59 10 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    20:50 10 Avq 2022
  • "A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
    20:47 10 Avq 2022
  • "Sabah Group" ASC axtarır - MAAŞ 600-800 AZN - VAKANSİYA
    20:45 10 Avq 2022
  • "Golden Pay" işçi axtarır - VAKANSİYA
    20:43 10 Avq 2022
  • "Unilever Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:40 10 Avq 2022
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    19:47 10 Avq 2022
  • Azərbaycanın məşhur pivə sirkəti - İŞÇİLƏR AXTARIR - VAKANSİYALAR
    19:38 10 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    19:29 10 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    19:25 10 Avq 2022
  • Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi - FOTO
    18:30 10 Avq 2022
  • "Qarabağ" klubunun futbolçularının qiyməti 1 mln. avronu keçib - SİYAHI - ADLAR - MƏBLƏĞ
    18:11 10 Avq 2022
  • “Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə - BAŞLAYIB
    18:06 10 Avq 2022
  • Azərbaycanda audit xidmətinə minimum qiymət tətbiq ediləcək –  AUDİTORLAR ÜÇÜN MÜHÜM YENİLİK
    17:59 10 Avq 2022
  • Bakıda "Yüngül cinayətlər" restoranında yanğın - BAŞLAYIB
    17:54 10 Avq 2022
  • “Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
    17:48 10 Avq 2022
  • Azərbaycanda ucuz qiymətə auditor xidməti göstərmək - QADAĞAN EDİLƏCƏK – YENİ LAYIHƏ
    17:43 10 Avq 2022
  • Balasanyan azərbaycanlı generallara - SÖZ VERDİ
    17:39 10 Avq 2022
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:27 10 Avq 2022
  • «Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
    17:11 10 Avq 2022
  • Bakı ilə Dehli arasında birbaşa uçuşlar başlayıb - FOTO
    16:52 10 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.