«Xalq Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 526,4 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,5% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 310 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 152,9 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 26,6 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 36,9 milyon manat, səhmləri isə 13 min 717 manat olub.
Cari ildə «Xalq Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 17,2% azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 5,8 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 4,1 dəfə, səhm əməliyyatları 19 dəfə azalıb, repo əməliyyatları 13,2 dəfə artıb.
Bu il «Xalq Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,2 dəfə azalaraq 406 -dan 183-ə düşüb