Fond bazarı daim dəyişən və investorların strateji qərarlarını yönləndirən mühüm iqtisadi platformadır. Son günlərdə bazarda əhəmiyyətli dalğalanmalar müşahidə edilir və texnologiya sektorunda əhəmiyyətli dəyər itkiləri qeydə alınıb.
Bitcoin qiymətində ucuzlaşma davam edir - QİYMƏT 80 MİNƏ YAXINLAŞIR
FED.az xəbər verir ki. dünən ən çox dəyər qazanan səhmin sahibi Johnson & Johnson şirkəti olub olub. Şirkətin səhmləri 0,87% bahalaşaraq 164,25 dollara çatıb. Bu, səhiyyə sektoruna marağın artması və daha stabil investisiya axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, ən çox dəyər itirən şirkət Tesla olub. Şirkətin səhmləri 5,34% geriləyərək 225,31 dollara düşüb.
Ümumi bazar mənzərəsi isə mənfi istiqamətlidir. Meta Platforms (-3,73%), NVIDIA (-3,43%), Alphabet (-2,34%), Microsoft (-1,33%) və Amazon (-1.49%) kimi texnologiya nəhəngləri kəskin dəyər itirib. Apple da 0,62% geriləyib. Bu isə göstərir ki, texnologiya sektoru son günlər çətinliklə üzləşir.
Bununla yanaşı, Berkshire Hathaway (+0.02%) və Visa (+0.07%) kimi daha stabil və aşağı riskli səhmlər cüzi də olsa dəyər qazanıb.
Texnologiya sektorunun yenidən toparlanması üçün isə bazarın ümumi sabitliyə qovuşması vacib olacaq.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
212,69 |
-0,62 |
2 |
Amazon.com |
192,82 |
-1,49 |
3 |
Meta Platforms |
582,36 |
-3,73 |
4 |
Berkshire Hathaway |
523,14 |
+0,02 |
5 |
Visa |
334,77 |
+0,07 |
6 |
Johnson & Johnson |
164,25 |
+0,87 |
7 |
Microsoft |
383,52 |
-1,33 |
8 |
Alphabet (Google) |
162,67 |
-2,34 |
9 |
Tesla |
225,31 |
-5,34 |
10 |
NVIDIA |
115,43 |
-3,43 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.