Dünənki ticarət sessiyasının nəticələrinə görə, səhmlər bazarında fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Bəzi şirkətlərin səhmləri bahalaşdığı halda, digərləri isə ciddi ucuzlaşma ilə üzləşib.
Bitcoin 100 min dollara yaxınlaşır: Yeni rekord gözlənilir?
FED.az xəbər verir ki, ən çox bahalaşan səhmlər sırasında Johnson & Johnson şirkətinin səhmləri önə çıxır. Şirkətin səhmləri 1,13% artaraq 159,68 dollara yüksəlib. Ən çox ucuzlaşan səhmlər isə Tesla şirkətinə məxsusdur. Tesla səhmləri dünən 1,71% eniş edərək 354,40 dollara düşüb. Elektrikli avtomobil sektorunda rəqabətin artması və makroiqtisadi faktorlar Tesla səhmlərinə təzyiq göstərən əsas amillərdən biri kimi görünür.
Ümumi mənzərəni nəzərdən keçirdikdə texnologiya sektorunda Microsoft (+0,53%) və NVIDIA (+0,63%) kimi şirkətlərin səhmləri artım göstərsə də, Amazon (-1,65%) və Meta Platforms (-1,27%) kimi nəhənglər ucuzlaşıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
245,83 |
+0,39 |
2 |
Amazon.com |
222,88 |
-1,65 |
3 |
Meta Platforms |
694,84 |
-1,27 |
4 |
Berkshire Hathaway |
481,80 |
-0,41 |
5 |
Visa |
350,49 |
-1,33 |
6 |
Johnson & Johnson |
159,68 |
+1,13 |
7 |
Microsoft |
416,13 |
+0,53 |
8 |
Alphabet (Google) |
186,64 |
-0,26 |
9 |
Tesla |
354,40 |
-1,71 |
10 |
NVIDIA |
140,11 |
+0,63 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür