Son günlər ərzində kəskin ucuzlaşmadan sonra kriptovalyuta birjalarında sabitləşmə başlayıb.
FED.iz biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoin bu gün 60 min dollara qədər ucuzlaşandan sonra yenidən dəyər almağa başlayıb.
Səhər sata 5-də 60 min dollara enən bitkoin axşam saat 9-da artıq 70 min dollara yüksəlib.
Doğrudur, son bir ayın göstəricisinə baxanda bitkoin 20 min dollar (bir ay əvvəl 91 min dollar idi), bir həftə əvvəllə müqayisədə isə 12 min dollar geridədir (1 həftə əvvəl qiymət 83 min dollar idi). Amma artıq geriləmənin hələlik də olsa dayandığı və qiymətin artması baş verir.
Hazırda bitkoinin qiyməti 71,3 min dollardır.
Artıq sosial şəbəkələrdə «Bitkoin ucuzlaşanda aldınızmı?» paylaşımları yayılmağa başlayıb.











