“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1,000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 may tarixində həyata keçirilib.
Yeni dollar istiqrazları buraxılır – İLLİK GƏLİR 10% - ŞƏRTLƏR
SOCAR İstiqrazları 10-cu kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb və istiqraz sahiblərinin qazancı 11 milyon 250 min ABŞ dollarına yüksəlib.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bugünədək SOCAR İstiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub. 2016-cı və 2021-ci illərdə emissiya edilən SOCAR İstiqrazları 2016-cı ildən indiyədək investorlarına ümumilikdə 36 milyon ABŞ dollarından çox gəlir qazandırıb.
Emissiya olunduğu 30 aylıq müddət ərzində təkrar bazar əməliyyatları üzrə ticarət həcminin 44 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ü ötməsi 2-ci SOCAR İstiqrazlarına olan yüksək tələbatın təzahürüdür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1,000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2024-cü il tarixində baş tutacaq.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1, 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–səhifələrdan əldə edilə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.