Xəbər verildiyi kimi, Nazirlər Kabineti «Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası»nə təsdiqləyib. FED.az həmin qaydanı təqdim edir:
Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatlarınmonitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
QAYDASI
Ümumi müddəalar
“Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” (bundan sonra - Qayda) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 588-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli 2937 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi qaydasını müəyyən edir.
Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qaydaya uyğun olaraq əldə etdikləri məlumatlara görə hər hansı bir xidmət haqlarının ödənilməsindən azaddırlar.
Benefisiar mülkiyyətçi barədə məlumatlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yayılmamalı və qorunmalıdır. Belə məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kommersiya sirri hesab edilir və bu cür məlumatların yayılması məsuliyyətə səbəb olur.
2. Əsas anlayışlar
Bu Qaydanın məqsədi üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
monitorinq iştirakçıları – “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – PL/TMM Qanunu) 1.0.7-ci maddəsində nəzərdə tutulan şəxslər;
monitorinqdə iştirak edən digər şəxslər – PL/TMM Qanununun 1.0.8-ci maddəsində nəzərdə tutulan şəxslər;
benefisiar mülkiyyətçi – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs;
benefisiar mülkiyyətçi barədə məlumatlar – “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrində mövcud olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq qiymətli kağız mülkiyyətçilərinin reyestrində mövcud olan qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatlar;
məlumat saxlayıcısı – hüquqi şəxslərin dövlət reyestrində mövcud olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları barədə məlumatlara münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və qiymətli kağız mülkiyyətçilərinin reyestrində mövcud olan qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatlara münasibətdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq təsis edilmiş Milli Depozit Mərkəzidir;
2.1.6. informasiya sistemi - benefisiar mülkiyyətçi barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsini təmin edən və əsasnaməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemidir.
3. Monitorinq iştirakçıları tərəfindən sorğu verilən hallar
Monitorinq iştirakçılarına benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı hallarda verilir:
işgüzar münasibətlər yaradılmasından əvvəl;
on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
məbləğindən asılı olmayaraq, hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;
müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda.
3.2. PL/TMM Qanununun 9.12-ci və 9.13-cü maddələrinə uyğun olaraq, yüksək riskli müştərinin eyniləşdirilməsinə dair əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi, habelə yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiqi zamanı benefisiar mülkiyyətçi barədə məlumatlar məlumat saxlayıcısı tərəfindən sorğu əsasında monitorinq iştirakçılarına verilir.
4. Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən sorğu verilən hallar
Bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş hallar mövcud olduqda, monitorinqdə iştirak edən digər şəxslərə benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı əməliyyatların aparılması zamanı verilir:
qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları on beş min manat və ya bundan artıq (bu hala həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir) məbləğdə nağd əməliyyatlar apardıqda;
daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatları həyata keçirdikdə;
notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə:
daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;
müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;
müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;
hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkili, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.
5. Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin informasiya sistemində qeydiyyatı və məlumatların verilməsi
5.1. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər informasiya sistemində qeydiyyata alınmaq və benefisiar mülkiyyətçi barədə məlumatların əldə edilməsi məqsədi ilə informasiya sisteminə sorğu vermək üçün gücləndirilmiş elektron imza sahibi olmalıdırlar.
5.2. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində bu Qaydaya əlavə edilən elektron ərizə forması doldurulmalıdır. Ərizə doldurulub imzalandığı an informasiya sistemində qeydiyyata alınır.
5.3. Ərizə informasiya sistemində qeydiyyata alındıqdan sonra 1 (bir) iş günü müddətində məlumat saxlayıcısı tərəfindən yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə, həmin müddətdə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə informasiya sistemində sorğu etmək imkanı yaradılaraq, onların elektron ünvanlarına müvafiq bildiriş göndərilir.
5.4. Ərizədə çatışmazlıq aşkar etdikdə, məlumat saxlayıcısı onların aradan qaldırılması barədə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərin elektron ünvanlarına müvafiq bildiriş göndərir.
5.5. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yenidən müraciət oluna bilər.
5.6. Məlumat saxlayıcısı monitorinq iştirakçılarının sorğusunu 1 (bir) iş günü ərzində, monitorinqdə iştirak edən digər şəxslərin (notariuslar istisna olmaqla) sorğusunu 3 (üç) iş günü ərzində, notariusların sorğusunu isə gün ərzində cavablandırır.
6. Digər məsələlər
6.1. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qaydaya uyğun olaraq əldə olunmuş kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlardan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilməsini və həmin məlumatların qorunmasını təmin edirlər.
6.2. Sorğu olunan məlumatın “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün istifadə edilməsi həmin Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər üzərində aparılacaq müvafiq nəzarət tədbirləri zamanı yoxlanılır.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.