Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Birja

  1. Ana səhifə
  2. Birja
  1. Birja

Şirkətlərdə böyük payçılar kiçik səhmdarların hüquqlarını belə pozurlar – MÜDAFİƏ ÜSULLARI VARMI? - MƏQALƏ

Şirkətlərdə böyük payçılar kiçik səhmdarların hüquqlarını belə pozurlar – MÜDAFİƏ ÜSULLARI VARMI? - MƏQALƏ | FED.az
08:56 1 İyul 2022

Azərbaycanın hələ də inkişaf edə bilməyən fond bazarında əsas problemlərdən biri kiçik səhmdarların hüquqlarının qorunmasıdır. 

Kiçik səhmdarların şirkətin idarəçiliyində iştirak etməməsi, verilən qərarlara təsir edə bilməməsi, hətta ümumiyyətlə şirkətin fəaliyyətindən, onun gəlir və mənfəətindən  xəbərsiz qalması Azərbaycanda adi haldır. Buna iri səhmdarların davranışı ilə yanaşı, qanunvericilikdəki boşluqlar da şərait yaradır. Hərçənd qanunvericilikdə kiçik səhmdarların hüquqlarını qoruyan məqamlar da var.

FED.az Azərbaycan, onun fond bazarı və yerli biznesi, ümumilikdə bütün ölkə iqtisaadiyyatı üçün aktual olan məsələlərlə bağlı hüquqşünas Araz İsmayılovun məqaləsini təqdim edir.

Dünya qloballaşdıqca şirkətlərin, əsasən də səhmdar cəmiyyətlərinin sayı, gördüyü işlərin həcmi və nəticədə dəyərləri artır. Bu artımın ən önəmli faktorlarından biri səhmdarların şirkətlərin cari idarətməsindəki rolunun minimum həddə olmasıdır.

Yəni, səhmdarların şirkətin gündəlik idarə edilməsində iştirak etmək məcburiyyətləri yoxdur. Hətta, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə səhmdar cəmiyyətlərində səhmlərin 20 faizi və daha çoxuna malik olan səhmdar icra orqanına (idarə heyəti və ya direktor) seçilə bilməz.

Səhmdarların idaretmədə iştirakının azalması sayəsində şəxslər dərinliklərini bilmədikləri müxtəlif perspektivli sahələrə investisya yatıra bilir, idarəetməni isə peşəkarlara həvalə edir, investisyalarını bir neçə şirkətə yatırmaqla risklərini azaldırlar. Bu imkan, xüsusilə əmlakını müxtəlif şirkətlərə yayaraq yatıran investorlar üçün əlverişlidir.

Onların investisyalarının özünü doğrultması isə düzgün idarəetmədən, bütün səhmdarların maraqlarının təmin olunmasından asılıdır.

Başqa sözlə, səhmdar cəmiyyətlərində az sayda səhmə malik olan səhmdarların (kiçik səhmdarların) maraqları qorunmalıdır ki, investisya yatırımları artsın, səhm bazarı inkişaf etsin, investorlar səhmlərinin onlara qazanc gətirəcəyini düşünsün.

Kiçik səhmdarların maraqlarına tərs gedə biləcək şəxslər isə əsasən çox sayda səhmə sahib olan səhmdarlardır (böyük səhmdarıar). Məsələn 51 % səhmə malik olan səhmdar şirkəti istədiyi kimi idarə edə bilər: idarə heyəti, müşahidə şurasının üzvlərini istədiyi şəxslərdən formalaşdıra bilər, istədiyi məbləğdə müqavilə bağlaya bilər, divident ödənilməməsi barədə qərar verə bilər və s. Bu isə səhmdar cəmiyyətlərindən az sayda səhm almağa marağı azalda bilər. Ona görə də kiçik səhmdarların maraqlarının qorunmasına ehtiyac yaranır.

Əvvəlcə qeyd edək ki, lazımdır ki, səhmdar cəmiyyətlərinin cari idarəetməsinin idarə heyəti (direktor) və müşahidə şurasına (bundan sonra hər ikisi birlikdə “idarəetmə orqanları”) həvalə edilməsi özü ilə birlikdə səhm sayından asılı olmayaraq bütün səhmdarlarla idaretmə orqanları arasında maraqların toqquşması problemini gətirir (əslində müşahidə şurasının funksiyası səlahiyyətlər bölgüsünün bir qolu kimi çıxış edərək idarə heyətinin verdiyi qərarlara nəzarət etməkdir. Ancaq Azərbaycan praktikasında müşahidə şurası, daha çox, səlahiyyətləri idarə heyətindən bir az yüksək olan, daha önəmli məsələlərdə qərar verən orqan kimi işləyir).

Belə ki, idarəetmə orqanlarının üzvləri şirkətin, dolayısı ilə də səhmdarların maraqlarını bir kənara qoyaraq, onların zərərinə öz gəlirlərini artırmağa cəhd edə bilərlər. Azərbaycan qanunvericiliyində bu problemə həll olaraq, şirkət baxımından bəzi önəmli məsələlər barədə qərar vermək səlahiyyəti müstəsna olaraq səhmdarların ümumi yığıncağına verilib.

Ancaq bununla birlikdə səhmdar cəmiyyətinin nizamnaməsi ilə ümumi yığıncağa istənilən mövzuda qərar vermək səlahiyyəti verilə bilər. Ümumi yığıncağa verilmiş səlahiyyətlər digər orqanlar tərəfindən həyata keçirilə bilməz. Buna əməl edilməsinə hər bir səhmdar nəzarət edə bilər.

Yəni, şirkətdə qanunun və (və ya) nizamnamənin tələblərinə zidd olaraq, ümumi yığıncağın səlahiyyətinə aid olan məsələ barədə qərarı digər orqanlar qəbul edərsə, bu, səhmdarlardan birinin və ya bir neçəsinin və ya şirkətin maraqlarına zidd olarsa, həmin səhmdarların məhkəməyə müraciət edərək qeyd olunan qərarın ləğv edilməsini tələb etmək hüququ var.

Bundan başqa, səhmdar cəmiyyəti, həmin cəmiyyətə aidiyyati şəxslə müqavilə bağlayarsa və müqavilənin dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edərsə, müstəqil auditorun rəyi və ümumi yığıncağın bu barədə qərarı olmalıdır. Səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə müqavilə bağlanarsa bu zaman da idarə heyətinin və ya müşahidə şurasının qərarı ilə birlikdə səhmdarların ümumi yığıncağı qərar verməlidir. Ümumi yığıncaq, şirkətin idarə heyəti və müşahidə şurasının işində sui-istifadə və ya şirkətə zərər vuran halları müşahidə edərsə, həmin orqanların üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verə bilər.

Səhmdar cəmiyyətlərində kiçik səhmdarların ən çox qarşılaşdığı problem isə böyük səhmdarların öz hüquqlarından sui-istifadə etməsi ilə onların maraqlarını heçə saymasıdır. Bütün bu halların qarşısını almaq üçün qanunvericilik aktlarında bütün səhmdarların hüquqi mənafelərinin təmin olunmasına ehtiyac yaranır. Kiçik səhmdarların hüquqları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ İdarəetmə Prinsipləri”ndə də geniş işlənilmişdir və bu prinsiplərin bir çoxu Mülki Məcəlləyə əlavə olunmuşdur.

Mülki Məcəlləyə görə hər bir səsli səhmə səhmdarın ümumi yığıncaqda səsvermədə iştirak hüququ var (bir səsli səhm, bir səs deməkdir).

Təbii ki, böyük səhmdarların ümumi yığıncaqda qərarların qəbul edilməsində həlledici rolları var. Ancaq hər bir səhmdarın ümumi yığıncağın gündəliyinə əlavə və dəyişikliklərin edilməsini tələb etmək, şirkətin fəaliyyətinə dair məlumatlar və hesabatları (şirkətin qeydiyyat şəhadətnaməsi, balansı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, illik maliyyə hesabatı və s.) almaq, ümumi yığıncağın növbəti iclasını çağırmaq, ümumi yığıncağın, onlara zərər vuran qərarlarının məhkəmə qaydasında ləğvini tələb etmək kimi qanuni hüquqlarının olması, onların ümumi yığıncaqda maraqlarının təmin edilməsinə xidmət edir.

Kiçik səhmdarlar öz maraqlarını daha geniş şəkildə təmin etmək üçün digər kiçik səhmdarlarla birləşə bilərlər. Bu, onların böyük səhmdarlar qarşısında əzilməyinin qarşısını müəyyən qədər ala bilər.

Məsələn, kiçik səhmdarlar birləşdikdə onların ümumi səhmlərinin həcmi səhmdar cəmiyyətinin bütün səhmlərinin 5 faizinə çatarsa, şirkətin idarəetmə orqanlarının üzvlərindən, təqsirli hərəkətləri nəticəsində səhmdarlara və ya şirkətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Bu səhmdarlara verilmiş ən önəmli hüquqlardan biridir. Belə ki, şirkətin idarəetmə orqanlarında təmsil olunan şəxslər təmsil etdiyi şirkətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, şirkətin və onun bütün səhmdarların maraqlarına sadiq olmaq və şirkətin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur.

10 faiz səsli səhmə malik olan səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ var. Bu da onların maraqlarına xidmət edən məsələlərin gündəliyə salınaraq ümumi yığıncaq tərəfindən müzakirə edilməsi deməkdir.

Yenə, 10 faiz səsli səhmə malik olan səhmdarlar auditor tərəfindən səhmdar cəmiyyətin fəaliyyətinin, təftiş komissiyası tərərəfindən şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını tələb edə bilərlər. Şirkətlər bəzən xərclərini şişirdərək ili xalis mənfəət olmadan və ya az xalis mənfəətlə başa vururlar və nəticədə ümumi yığıncaq divident barədə qərar qəbul etmir ki, bu da ən çox kiçik səhmdarların hüquqlarını pozur.

Bu baxımdan şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını tələb etmək, şirkətdə maliyyə hərəkətlərindəki neqativ halların ortaya çıxmasına, nöqsanların aradan qaldırılmasında faydalı ola bilər.

Kiçik səhmdarların hüquqları, səhmdarlara, şirkətin fəaliyyətini yaxından izləməyə və ehtiyac olduqda idarətməyə müdaxilə etməyə imkan yaradır.

Praktikada, bir çox hallarda kiçik səhmdarların qeyd olunan tələbləri şirkətin idarəetmə orqanları tərəfindən yerinə yetirilmir. Məhkəməyə müraciət etdikdə isə bəzən səhmdarların iddiaları ya təmin edilmir, yaxud da təmin olunan tələb üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra şirkətin idarəetmə orqanları tərəfindən, inzibati xəta üzrə məsuliyyətə cəlb olunsalar belə icra olunmur.

Düşünürəm ki, zamanla, korporativ qaydaların şirkətlərdə geniş tətbiq olunması ilə bu problemlər aradan qalxacaq. Hər bir səhmdar, şirkətin inkişafında, əmlakının dəyər qazanmasında maraqlıdır. Bu artım onların səhmlərinin dəyərini artırır, daha çox investisya qoymağa təşviq edir. İnvestisyaların artması, ölkə iqtisadiyyatının inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi üçün çox önəmli məsələdir.

Hüquqşünas Araz İsmayılov

Banner
  • Səhmdar
  • Səhmdar Cəmiyyət
  • Araz İsmayılov
  • kiçik səhmdarların hüquqları
Paylaş

Digər xəbərlər

2 ildir zərərlə işləyir - HESABAT
Birja 12 Avq 2022
2 ildir zərərlə işləyir - HESABAT
Dollar major valyutalar qaşısında ucuzlaşmaqda davam edir - İnvestAZ TƏQDİM EDİR
Birja 12 Avq 2022
Dollar major valyutalar qaşısında ucuzlaşmaqda davam edir - İnvestAZ TƏQDİM EDİR
Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
Birja 11 Avq 2022
Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
«Az-Pack» qablaşdırma məhsulları şirkəti kiçilib, satışı 3 dəfə azalıb – ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
Birja 11 Avq 2022
«Az-Pack» qablaşdırma məhsulları şirkəti kiçilib, satışı 3 dəfə azalıb – ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
Dövlət istiqrazları üzrə ödənişlər - HƏYATA KEÇİRİLİB
Birja 10 Avq 2022
Dövlət istiqrazları üzrə ödənişlər - HƏYATA KEÇİRİLİB
İnvestorların daha təmkinli davrandığı müşahidə olunur - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
Birja 10 Avq 2022
İnvestorların daha təmkinli davrandığı müşahidə olunur - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
Mask “Tesla”nın səhmlərini təxminən 7 milyard dollara - SATIB
Birja 10 Avq 2022
Mask “Tesla”nın səhmlərini təxminən 7 milyard dollara - SATIB
Şirkət ləğv edilir, əmlakı bölünəcək – SƏHMDARLARIN YIĞINCAĞI
Birja 10 Avq 2022
Şirkət ləğv edilir, əmlakı bölünəcək – SƏHMDARLARIN YIĞINCAĞI
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri - AÇIQLANIB
Birja 9 Avq 2022
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri - AÇIQLANIB
Honkonq birjası “Alibaba”nın ilkin listinqini - TƏSDİQLƏYİB
Birja 9 Avq 2022
Honkonq birjası “Alibaba”nın ilkin listinqini - TƏSDİQLƏYİB
Dollar və qızıl daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
Birja 9 Avq 2022
Dollar və qızıl daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
«Bakı Yoltexnikatəmir» ASC-nin səhmdarları toplanır - İCLAS
Birja 9 Avq 2022
«Bakı Yoltexnikatəmir» ASC-nin səhmdarları toplanır - İCLAS
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı - PROQNOZLAR PİSLƏŞİR
    17:02 15 Avq 2022
  • Dəniz nəqliyyatı ilə sərnişin daşınması - 48% ARTIB
    16:47 15 Avq 2022
  • AccessBank tender - ELAN EDİR - ŞƏRTLƏR
    16:42 15 Avq 2022
  • Bakıda XV Verona Avrasiya İqtisadi Forumu - KEÇİRİLƏCƏK
    16:13 15 Avq 2022
  • "Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə - DÜZƏLİŞLƏR EDİLİB
    15:54 15 Avq 2022
  • ETSN isti hava ilə əlaqədar - XƏBƏRDARLIQ EDİB
    15:36 15 Avq 2022
  • ADNSU-nun 102,7 milyon, ADMİU-nun 17 milyon manat nizamnamə fondu olacaq
    15:07 15 Avq 2022
  • Pensiyaların ödəniləcəyi tarix - AÇIQLANDI
    14:48 15 Avq 2022
  • Sabiq FHN rəisinə Gömrükdə yüksək - VƏZİFƏ VERİLDİ
    14:28 15 Avq 2022
  • KOBİA bu ilin ilk yarısında 8 minə yaxın sahibkara - DƏSTƏK GÖSTƏRİB
    14:19 15 Avq 2022
  • Metro istifadəçilərinin sayı - 6 DƏFƏYƏDƏK ARTIB
    14:09 15 Avq 2022
  • “Tesla”nın istehsal etdiyi avtomobillərin - SAYI AÇIQLANIB
    14:04 15 Avq 2022
  • Bakıda dünyanın ən hündür bayraq dirəyinin quraşdırılmasına - BAŞLANILIB
    13:46 15 Avq 2022
  • «Manatın üzərində 7 nəfərin şəkli olmalı idi» - BİZNES TARİXİ
    13:38 15 Avq 2022
  • Şəmkirdə məmurun həbsinin - TƏFƏRRÜATI
    13:35 15 Avq 2022
  • Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır
    12:50 15 Avq 2022
  • Sabah temperatur 42 dərəcəyədək - YÜKSƏLƏCƏK
    12:41 15 Avq 2022
  • Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda - 12 % ARTIB
    12:20 15 Avq 2022
  • İsti hava şəraiti avqustun 20-dək - DAVAM EDƏCƏK
    12:17 15 Avq 2022
  • Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib - YENİLƏNİB
    12:08 15 Avq 2022
  • “AzərEnerji” dənizdə böyük estakada - TİKİR
    12:04 15 Avq 2022
  • Azərbaycan manatının dövriyyəyə buraxılmasından - 30 İL KEÇİR
    11:51 15 Avq 2022
  • Qobustanda noxud biçini - BAŞA ÇATIB
    11:46 15 Avq 2022
  • Dövlət Vergi Xidmətinin strukturunda - DƏYİŞİKLİK BAŞ VERİB
    11:41 15 Avq 2022
  • Azərbaycanda dövlət xəttilə verilmiş ipoteka kreditlərinin sayı 40 minə yaxınlaşıb
    11:13 15 Avq 2022
  • “InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
    10:43 15 Avq 2022
  • Kapital Bank “Breyn Rinq”in qalib komandasını - MÜKAFATLANDIRDI
    10:37 15 Avq 2022
  • Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib
    10:30 15 Avq 2022
  • AZAL-ın Bakı-Moskva reysinin uçuşu texniki səbəbdən - GECİKİR
    10:23 15 Avq 2022
  • Meşə materiallarının satışı üzrə açıq - HƏRRAC KEÇİRİLƏCƏK
    09:51 15 Avq 2022
  • Azərbaycanda I yarımildə dövlət investisiya qoyuluşu - 37 % İCRA EDİLİB
    09:41 15 Avq 2022
  • Neft daha da ucuzlaşıb - SON QİYMƏT
    09:30 15 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:22 15 Avq 2022
  • BNA: "71 avtobusun hərəkət intervalında gecikmələr var"
    09:12 15 Avq 2022
  • Dünya əhalisinin sayı 8 milyardı ötüb
    09:02 15 Avq 2022
  • Mühafizə xidmətinin satınalınması üzrə - TENDER ELAN EDİLİR
    08:58 15 Avq 2022
  • Abadlaşdırma xidməti üzrə tender - ELAN EDİLDİ - SİYAHI
    08:40 15 Avq 2022
  • Müdafiə Nazirliyi avadanlıqlar alır - BÖYÜK TENDER ELANI - SİYAHI
    08:24 15 Avq 2022
  • Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
    08:13 15 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    22:38 14 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:37 14 Avq 2022
  • "Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-500-600-1000 manat - 16 VAKANSİYA
    22:33 14 Avq 2022
  • Bakıda restoran ofisiant axtarır - AYLIQ QAZANC 1000-1500 MANAT - VAKANSİYA
    21:13 14 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    20:41 14 Avq 2022
  • Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
    19:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    22:23 13 Avq 2022
  • "eTopaz" işçilər axtarır - VAKANSİYALAR
    22:11 13 Avq 2022
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    22:09 13 Avq 2022
  • "Engin Ltd" işçi axtarır - VAKANSİYA
    22:08 13 Avq 2022
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    22:05 13 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    22:00 13 Avq 2022
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR ÖLDÜ
    20:53 13 Avq 2022
  • Ermənilər mövqelərimizi - ATƏŞƏ TUTDU
    13:54 13 Avq 2022
  • Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub - FOTO
    13:23 13 Avq 2022
  • Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
    13:15 13 Avq 2022
  • Azərbaycanda sığorta depozitləri 36 faizdən çox - ARTIB
    12:52 13 Avq 2022
  • Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
    12:38 13 Avq 2022
  • Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - HESABAT
    12:21 13 Avq 2022
  • 41 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:18 13 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.