Rusiyada dolların məzənnəsi 2022-ci ilin martından bəri ilk dəfə 99 rublu ötüb.
FED.az xəbər verir ki, təkcə dünəndən etibarən dollar təxminən 2 rubl bahalaşıb.
Moskva birjasının məlumatına görə, dollar 1,985 rubl və ya 2,03% bahalaşaraq, 99,4375 rubla yüksəlib. Bu 25 mart 2022-ci ildən bəri ən yüksək məzənnədir. Avqustun əvvəlindən dollar təxminən 8 rubl bahalaşıb - iyulun 31-də onunla ticarət 91,6025 rubl səviyyəsində bağlanıb.
Bununla belə, dolların bu günkü məzənnəsi hələ də tarixi maksimumdan uzaqdır - ötən il martın 10-da dolların məzənnəsi 121,5 rubl olmuşdu.
Avro da bahalaşır - avqustun 11-i cümə günü avronun məzənnəsi 1,56 rubl və ya 1,45% artaraq 109,1 rubl səviyyəsinə yüksəlib. Avropa valyutası 23 mart 2022-ci ildən bəri ilk dəfə 109 rubldan yuxarı ticarət olunur.