Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin dinamikası açınlayıb.
FED.az xəbər verir ki, dövlət istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "PSG Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 4,1 dəfə və ya 79,9 milyon manat artıb.
"Unicapital İnvestisiya Şirkəti"nin dövlət istiqrazları üzrə dövriyyəsi 3,4 dəfə və ya 496,7 milyon manat artıb.
"Capital Partners İnvestisiya Şirkəti"-nin dövlət istiqrazları üzrə dövriyyəsi 3,3 dəfə və ya 46,3 milyon manat yüksəlib.
"AzFinance İnvestisiya Şirkəti"ndə artım isə 2,4 dəfə, başqa sözlə 320,8 milyon manat olub.
Bu dövrdə "İnvest.az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 85%, başqa sözlə 89,5milyon manat artım qeydə alınıb.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 6,7 dəfə və ya 137,3 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.