"Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2025-ci ilin yanvar-fevral ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 434,4 milyon manat olub.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 2,6 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 33 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 212,3 milyon manat, səhmləri üzrə dövriyyəsi 577,5 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 186 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə korporativ istiqrazları üzrə dövriyyəsi 2,9 dəfə (138,4 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 554 ədəd və ya 71,3% artaraq 1 331-ə yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.