«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-may aylarında şirkətin birja dövriyyəsi 22 milyard 938 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 11 milyard 523 milyon manat və ya 2 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 149 milyon 82 min manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3,1 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 898,9 milyon manat, səhmlər üzrə dövriyyəsi 4,4 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 18 milyard 774,6 milyon manat olub.
Cari dövrdə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 171 milyon manat (60,4%), korporativ istiqrazları üzrə dövriyyəsi 530,9 milyon manat (2,4 dəfə), səhmlər üzrə dövriyyəsi 3,2 milyon manat (3,6 dəfə), repo əməliyyatlarının dövriyyəsi 2,3 dəfə (10 milyard 766,6 milyon manat) artıb.
İlk 5ayın nətciələrinə görə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 583 ədəd (20,7%) artımla 3 min 393 -ə bərabər olub.