Bakı Fond Birjası bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin dövlət istirqazları üzrə dövriyyəsi 4 mlrd. manatdan çoxdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 4 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“ABB İnvest İnvestisiya Şirkəti”dövlət istiqrazları üzrə dövriyyəsi 1 milyard 25 milyon manat ilə ikinci yerdəolub.
“CPM İnvest İnvestisiya Şirkəti” 700 milyon manat ilk üç lüyə daxil olub.
Ən aşağı göstərici “Troni İnvestisiya Şirkəti”ndə (599,8 min manat) qeydə alınıb.