5 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2011019208 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
|
İstiqrazların sayı |
40,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
4,000,000 manat |
|
İllik gəlirlilik faizi |
15% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
24 ay |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |











