2026-cı ilin yanvar ayında "Capital Partners İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 35,4 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 38,9 milyon manat (-2,1 dəfə) azalıb.
Bu dövrdə şrikətin repo əməliyyatları üzrə dövriyyəsi 32 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 3,4 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi isə 10 min manat olub. Şirkət bu dövrdə səhm və dövlət istiqrazları ilə əməliyyat aparmayıb.
Şirkətin dövriyyəsinin azalması əsasən onun fəaliyyət göstərdiyi bütün investisiya alətlərindəki enişlərlə bağlıdır. Repo əməliyyatlarının həcmi 40,2 milyon manat (-2,3 dəfə%) azalıb. Ən kəskin azalma isə korporativ istiqrazlar bazarında yaşanıb: şirkətin bu seqmentdəki dövriyyəsi 2,2 milyon manat (-221,9 dəfə) azalaraq cəmi 10 min manata düşüb. Ötən il fəaliyyətsiz olan ARMB qiymətli kağızları bazarında isə bu il 3,4 milyon manatlıq dövriyyə edilib.
Hesabat dövrünün nəticələrinə görə, «Capital Partners»ın əməliyyatlarının sayı 43 ədəd (2,4 dəfə) azalaraq 31-ə bərabər olub.











