Kriptovalyuta birjasında son sutka ərzində artım dinamikası müşahidə olunub.
FED.az xəbər verir ki, “bitcoin” son 24 saatda 3,00% və ya 2 700 ABŞ dolları bahalaşaraq 92 584 ABŞ dolları səviyyəsinə yüksəlib.
Ethereum isə 6,82% və ya 212 ABŞ dolları bahalaşıb və 3 318 ABŞ dollarına bərabər olub.
Bazar dəyərinə görə ilk onluqda yer alan digər kriptovalyutalar- Tether 0,03%, XRP 1,59%, BNB 0,01%, USDC 0,04%, Solana 4,82%, TRON 0,07%, Dogecoin 4,61%, Cardano isə 8,08% bahalaşıb.
Analitiklər qeyd edirlər ki, əsas kriptovalyutalarda müşahidə olunan ümumi artım investorların risk iştahasının yüksəlməsi, ABŞ-da monetar siyasətlə bağlı yumşalma gözləntiləri və iri investorların bazara qayıtması fonunda formalaşıb. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.











