Azərbaycının aparıcı banklarından olan «Bank of Baku»nun istiqrazları satışa çıxarılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi "Bank of Baku" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.
Qərara əsasən «Bank of Baku»nun istiqrazlarına abunə yazılışı 08.09.2025-ci il tarixində başlayacaq, 19.09.2025-ci il tarixində bitəcək.
Xatırladaq ki, bu dəfə «Bank of Baku» 20 milyon manatlıq istiqraz buraxır. Buraxılış çərçivəsində bankın hər birinin qiyməti 100 manat olan 200 min ədəd istiqrazı investorlara təqdim olunacaq.
İstiqrazlar 18 aylığa, yəni 1,6 illiyə buraxılır, istiqrazların illik gəlirliyi yüksəkdir – illik 13%, yəni 1000 manat istiqraz alan şəxs hər il 130 manat gəlir əldə edəcək. Faizlər hər 90 gündən bir ödəniləcək, bu 90 günün sayım müddəti sentyabrın 23-dən başlayır.
«Bank of Baku»nun istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter «ABB İnvest» investisiya şirkətidir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Bank of Baku" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2010005364 |
İstiqrazın növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu / forması |
Kütləvi / Abunə Yazılışı |
İstiqrazların sayı |
200,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
20,000,000 manat |
İllik gəlirlilik faizi |
13% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
23.09.2025 |
Anderrayter |
"ABB-Invest Investisiya Şirkəti" QSC |