Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhmlərinin dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin səhmlərinin dövriyyəsi 100 milyon manatdan çoxdur.
Belə ki, “ABB İnvest İnvestisiya Şirkəti” 111,6 milyon manatdan çox göstərici ilə 1-ci yerdə dayanıb.
“Assist Finance İnvestisiya Şirkəti” səhmlərinin dövriyyəsi 16,3 milyon manat ilə ikinci yerdə olub.
“AzFinance İnvestisiya Şirkəti” 13,7 milyon manatla ilk üçlüyə daxil olub.
Ən aşağı göstərici “Xalq Kapital İnvestisiya Şirkəti”ndə (3,5 min manat) qeydə alınıb.
"PSG Kapital İnvestisiya Şirkəti”ndə səhmlər üzrə dövriyyə 843,8 min manat təşkil edib.