Dünya birjalarında qızılın sürətli ucuzlaşması başlayıb. Bir neçə həftəlik artım rallisindən sonra qiyümətli metalın ötən həftənin sonundan başlayan enməsi bu həftə də davam etməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qızılın qiyməti 22 yanvardan bəri ilk dəfə olaraq 1 unsiya üçün 4700 dollardan aşağı olub – 4670 dollar.
Qlobal bazarlarda qızılın qiyməti kəskin şəkildə düşür: Comex-in məlumatlarına görə, 22 yanvardan bəri ilk dəfə olaraq troy unsiyasının qiyməti 4700 dollardan aşağı düşüb .
Bloomberg-in məlumatına görə, çöküşün səbəblərindən biri Çindəki investorların hərəkətləri olub. Nəşrin məlumatına görə, Çin spekulyantları qiymətli metallardan qazanc əldə etmək qərarına gəliblər.
Nəticədə, bazarda qızıl fyuçerslərinin kütləvi şəkildə satılması baş verib və bu da təklif bolluğuna səbəb olub. Bu fonda qızılın qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Analitiklər satış həcmlərinin kəskin artmasının bazara təzyiqi artırdığını və hazırkı qiymət enişinin əsas amili olduğunu hesablayırlar.
Xatırladaq ki, yanvarın 26-da BCS World of Investments şirkətinin fond bazarı üzrə eksperti Aleksandr Şepelev bildirmişdi ki, qarşıdakı 3-4 ildə qızılın qiymətinin 10 000 dollara çatması o qədər də fantastik görünmür (yəni real ola bilər).
Qiymət dəyişikliklərindən sonra hazırda qızılın bir qramının qiyməti 150 dollara düşüb halbuki, ötən həftə bu 150 dollar idi.
Mövcud məzənnəni nəzərə alıb bu rəqəmi manata çevirsək, qızılın qiyməti ötən həftə 305-310 manat arasında olduğu halda, indi 250-260 manata düşüb.











