Aprelin 24-də qızılın bir unsiyasının qiyməti 3,323.02 ABŞ dollarına çataraq əvvəlki günlə müqayisədə 37.66 dollar və ya 1.15% artıb.
"Tesla" və "Apple" investorlarını sevindirdi - SƏHMLƏR KƏSKİN BAHALAŞDI
FED.az xəbər verir ki, bu artım qlobal bazarlarda qızıla olan tələbatın davam etdiyini göstərir.
Son 30 gündə qızılın qiymətində 267.69 dollar və ya 8.87% artım müşahidə olunub. Daha geniş müddətlərə baxıldıqda, son 6 ayda 535.80 dollar (19.49%), son 1 ildə isə 954.71 dollar (40.96%) artım qeydə alınıb. 5 illik dövr ərzində qızılın qiyməti 1,576 dollar, 20 ildə isə 2,850.69 dollar artaraq müvafiq olaraq 92.20% və 655.84% yüksəlib.
Gümüşün qiyməti isə eniş nümayiş etdirib – bir unsiyası 33.34 ABŞ dolları olub, bu isə 0.23 dollar və ya 0.69% azalma deməkdir.
Qlobal iqtisadi qeyri-müəyyənliklər və inflyasiya qorxuları fonunda investorların etibarlı aktivlərə – xüsusilə də qızıla yönəlməsi bu artımın əsas səbəblərindən biri kimi göstərilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.