Qızılın qiyməti bu gün əhəmiyyətli artımla 4 017,18 dollara çatıb.
Kriptobazar qırmızıya büründü - BİTCOİN KƏSKİN UCUZLAŞDI
FED.az xəbər verir ki, bu 1,43%-lik gündəlik yüksəliş deməkdir. Cəmi 24 saat ərzində qızılın unsiyası 56,63 dollar bahalaşıb.
Sadə hesabla bu qiymət o deməkdir ki, bir unsiya (təxminən 31,1 qram) qızıl 4.017 dollara satılır. Bu isə 1 qram üçün təxminən 129,2 dollar, yəni təxminən 220 manat deməkdir.
Son bir ayda qiymət artımı 8,97%, son 6 ayda isə 22,3% təşkil edib. Daha geniş dövrdə baxdıqda isə 1 ildə 49,07%, 5 ildə 105,82%, 20 ildə isə 731% artım qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu artım mərkəzi bankların faiz endirimi gözləntiləri və geosiyasi gərginliklər fonunda investorların qızıla üz tutması ilə əlaqəlidir. Qızıl ənənəvi olaraq inflyasiyaya və bazar risklərinə qarşı “sığınacaq aktiv” hesab olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.