Dünya bazarlarında qızıl və digər qiymətli metalların qiymətində azalma qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bazar məlumatlarına istinadən verdiyi xəbərə görə, COMEX birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,91% azalaraq 5 111,90 ABŞ dolları səviyyəsinə enib.
Spot bazarda isə qızılın qiyməti 1,12% azalaraq 5 113,83 ABŞ dolları təşkil edib.
Digər qiymətli metallarda da ucuzlaşma müşahidə olunub. Belə ki, gümüşün qiyməti 0,75% azalaraq 83,65 dollar, misin qiyməti 0,87% azalaraq 575,65 dollar, platin isə 0,61% azalaraq 2 138,80 dollar olub.
Analitiklər qiymətlərin azalmasına əsas səbəblərdən biri kimi investorların mənfəət realizasiyası və dolların möhkəmlənməsi fonunda risk aktivlərinə marağın artması ilə izah edirlər. Eyni zamanda Yaxın Şərqdə gərginliklə bağlı bazarlarda yaranan qeyri-müəyyənlik də qiymətli metalların ticarətində volatilliyi artırıb.












