Qızıl İsrailin İrana məhdud hücumundan sonra ucuzlaşıb.
Dünyada qızılın bahalaşması Azərbaycanda alıcılıq qabiliyyətinə necə təsir edir?
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da qlobal birjalarda qızıl 0,3% ucuzlaşama ilə 2740 dollardan ticarət olunub.
İran lideri Xamenei İsrailin İrana hücumu ilə bağlı açıqlamasında, İsrailin əvvəlki hücumlarında olduğu kimi bu dəfə də birbaşa cavab çağırışı etməyib.
Qızıl bu il 30 faizdən çox bahalaşıb və ötən həftə 2758,49 dollara çataraq rekord qırırb. Yaxın Şərqdəki geosiyasi gərginliklər səbəbindən son aylarda artım daha da güclənsə də, investorlar ABŞ-da keçiriləcək prezident seçkilərindən irəli gələn riskləri dəyərləndirirlər.
İsrail təyyarələri şənbə günü İranın hərbi obyektlərini vurub və yəhudi dövləti bu hücum ilə ayın əvvəlində İranın raket hücumuna cavab vermək vədini yerinə yetirib. Lakin hücum gözləniləndən daha məhdud olub. Tehran hücuma dərhal cavab verəcəyini vəd etməyib və İranın dövlət mediası ölkənin neft sənayesi fəaliyyətinin normal fəaliyyət göstərdiyini bildirib.
Analitiklər deyib ki, İsrailin şənbə günü qisas alması bazarlar tərəfindən qeyri-adekvat olaraq görülüb. (Marja)