ABŞ-da Prezident seçkilərində Donald Trampın qələbə qazanması barədə xəbərlər gəlməyə başladıqdan sonra qızıl ucuzlaşır.
Azərbaycanın bu il qızıl ixracından qəlirləri 13% artıb
FED.az xəbər verir ki, qlobal bazarlarda qızılın unsiyası 1,3%-dən çox düşərək 2 min 707 dollara geriləyib (Bakı vaxtı ilə saat 11:45-ə olan məlumat).
Son həftələrdə bəzi investorlar Trampın qələbəsi ehtimalını düşünürdülər. Trampın iqtisadi inkişafa meylli gündəmi dolları dəstəkləməklə yanaşı, qızıl üzərində də müəyyən təzyiq yaradır. Bu gün Dollar mühüm qlobal valyutalar qarşısında bahalaşıb, neft isə ucuzlaşıb.
Bununla belə, Trampın vəd etdiyi yüksək ticarət tarifləri ilə bağlı narahatlıq da Trampın qalib gələcəyi təqdirdə investorların qızıl kimi təhlükəsiz aktivlərə üz tutacağı ssenarisini dəstəkləmək potensialına malikdir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.