Hər gün dünya üzrə minlərlə səhmin qiyməti müxtəlif faktorların təsiri ilə dəyişir: iqtisadi xəbərlər, şirkətlərin gəlir hesabatları, texnoloji yeniliklər, faiz dərəcələri və investorların psixologiyası bu dəyişikliklərə səbəb olur.
Rəqəmsal qızılın gücü artmaqdadır - QİYMƏT 104 MİNƏ YAXINLAŞDI
13 may 2025-ci il tarixinə əsasən aparılan qiymətləndirməyə görə bəzi tanınmış şirkətlərin səhmlərindəki gündəlik dəyişikliklər maraqlı mənzərə ortaya qoyur.
FED.az xəbər verir ki, ən çox bahalaşan səhmlər sırasında NVIDIA birinci yerdədir. Şirkətin səhmi 5,63% artaraq bazarın diqqətini üzərinə çəkib. Onu Tesla izləyir — şirkətin səhmi 4,93% bahalaşıb. Üçüncü yerdə isə Meta Platforms gəlir: 2,60% artım qeydə alınıb. Bu göstəricilər texnologiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə olan marağın artdığını göstərir.
Digər tərəfdən, ən çox ucuzlaşan səhmlər Johnson & Johnson şirkətinə aiddir — səhmin dəyəri 3,70% azalıb. Bu, səhiyyə sektorunda müəyyən risklərin və ya neqativ xəbərlərin mövcud ola biləcəyinə işarədir. Berkshire Hathaway səhmi isə 0,47%, Microsoft isə cüzi — 0,03% geriləyib.
Ümumi mənzərəyə baxdıqda isə fond bazarında müsbət əhval-ruhiyyə müşahidə olunur. Siyahıda olan 10 aparıcı şirkətdən 7-nin səhmi artım göstərmiş, yalnız 3 şirkətin səhmi ucuzlaşmışdır. Texnoloji sektorun yüksəlişi isə xüsusilə diqqət çəkir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
212,93 |
+1,02 |
2 |
Amazon.com |
211,37 |
+1,31 |
3 |
Meta Platforms |
656,03 |
+2,60 |
4 |
Berkshire Hathaway |
511,88 |
-0,47 |
5 |
Visa |
356,14 |
+0,25 |
6 |
Johnson & Johnson |
148,44 |
-3,70 |
7 |
Microsoft |
449,14 |
-0,03 |
8 |
Alphabet (Google) |
160,89 |
+0,82 |
9 |
Tesla |
334,07 |
+4,93 |
10 |
NVIDIA |
129,93 |
+5,63 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.