Dünən ən məşhur şirkətlərin səhmlərində dalğalanmalar müşahidə olunub.
Bitcoinin qiyməti 80 min dolların altına enib – SON QİYMƏT
FED.az xəbər verir ki, ən çox dəyər itirən səhmlərdən biri NVIDIA olub. Şirkətin səhmləri 8,48% ucuzlaşaraq 120,15 dollara enib. Tesla da ciddi itki ilə üzləşib, səhmləri 3,04% düşərək 281,95 dollara geriləyib. Digər texnologiya nəhəngləri Amazon (-2,62%), Alphabet (-2,57%) və Microsoft (-1,80%) kimi şirkətlərin səhmləri də dəyər itirib.
Bunun əksinə olaraq, ən çox bahalaşan səhmlərdən biri Berkshire Hathaway olub, şirkətin səhmləri 1,68% artaraq 502,41 dollara yüksəlib. Visa (+1,46%) və Johnson & Johnson (+0,40%) kimi şirkətlər də müsbət dinamika göstərib.
Ümumi mənzərə onu göstərir ki, dünən texnologiya sektoru ciddi təzyiq ilə üzləşib, xüsusilə də NVIDIA və Tesla kimi nəhənglər böyük dəyər itkisi yaşayıb. Digər tərəfdən, maliyyə və səhiyyə sektoruna aid səhmlər daha sabit qalaraq cuzi belə olsa dəyər qazanıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
237,30 |
-1,27 |
2 |
Amazon.com |
208,74 |
-2,62 |
3 |
Meta Platforms |
658,24 |
-2,29 |
4 |
Berkshire Hathaway |
502,41 |
+1,68 |
5 |
Visa |
355,74 |
+1,46 |
6 |
Johnson & Johnson |
163,73 |
+0,40 |
7 |
Microsoft |
392,53 |
-1,80 |
8 |
Alphabet (Google) |
170,21 |
-2,57 |
9 |
Tesla |
281,95 |
-3,04 |
10 |
NVIDIA |
120,15 |
-8,48 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.