16,17,18 avqust 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılan ümumi məbləğ 120 milyon manatdır.
7 günlük notlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLİB
FED.az xəbər verir ki, Bakı Fond Birjası bildirir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.