Trampın İranla bağlı açıqlamasından sonra neft qiymətləri təxminən 14% düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi hücumun beş günlük dayandırılması barədə əmr verib.
Bu bəyanat ABŞ-İsraillə İran arasındakı müharibənin dayanması ehtimalını azaldıb. Ona görə də bəyanat səslənən kimi Londonun ICE birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 14% azalaraq 93 dollara düşüb.
Xatırladaq ki, dünən, 22 martda Tramp Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, İranın elektrik stansiyalarını məhv etməklə hədələmişdi. İran isə cavab olaraq ABŞ-ın bölgədəki enerji və informasiya infrastrukturu obyektlərinə zərbələr endirəcəyinə söz vermişdi.
Bundan əlavə, bu gün rəsmi Tehran ABŞ ordusunun quru əməliyyatına başlayacağı təqdirdə Fars körfəzindəki gəmiçilik yollarını minalamaqla hədələyib.















