Birja

“Çinar Park”ın sədri vəzifəsindən - AZAD OLUNUR - RƏHBƏRLİYİ DƏYİŞDİRİLİR

“Çinar Park”ın sədri vəzifəsindən - AZAD OLUNUR - RƏHBƏRLİYİ DƏYİŞDİRİLİR | FED.az
08:17 13 Fev 2020

30 mart 2020-ci il saat 10.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada “Çinar Park” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Eləcə də bax: Azərbaycan şirkəti borcunu ödəmək üçün - ƏMLAKINI SATACAQ

FED.az-ın məlumatına görə, gündəlikdəki məsələlərə “Çinar Park” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması, “Çinar Park” ASC-nin idarə heyətinin sədrinin vəzifədən azad olunması və idarə heyətinin yeni sədrinin təyin edilməsi, “Çinar Park” ASC-nin müşahidə şurasının üzvlərinin dəyişdirilməsi və təşkilati məsələlər daxildir.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə iş vaxtı tanış olmaq mümkündür.

Əlaqə telefonu- (050) 255-84-86.

Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiqləyən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Digər xəbərlər