"Prior Leasing" ASC 1 milyon manatlıq istiqraz buraxılışına hazırlaşır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, lizinq şirkəti hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxacaq.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 12 ay, faiz ödəniş dövrünün müddəti 30 gündən bir təşkil edir.
İstiqrazların buraxılmasının əsas məqsədi yerləşdirmədən əldə olunan vəsaitlərin lizinq portfelinin artırılmasına yönləndirmək yolu ilə mənfəət əldə etməkdən ibarətdir. Emissiyadan əldə ediləcək vəsait cəmiyyətin gələcək fəaliyyətinin dəstəklənməsi, lizinq portfelinin genişləndirilməsi, cəmiyyətin dayanıqlı müştəri bazasının qorunub saxlanmasına və həmçinin kapital bazarlarında investisiya imkanlarının artmasına və investorların cəlb olunmasına töhvə verəcəkdir. Cəmiyyət eləcə də bu emissiya ilə bazarda cəmiyyətin borclana biləcəyini müəyyənləşdirmək niyyətindədir.
Anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.
"Prior Leasing" ASC-nin nizamnamə kapitalının 99,80%-i Məcidova Afaq Hüseyn qızına, 0,20 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.












