Son günlər bir qədər durğunluq yaşayan Bitcoin yenidən bahalaşma mərhələsinə qədəm qoyub.
ABB Invest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
FED.az xəbər verir ki, kriptovalyutanın qiyməti hazırda 115 184,91 dollar səviyyəsində qərarlaşıb ki, bu da həm gündəlik, həm də həftəlik artım deməkdir. Belə ki, qiymətdə son 24 saatda 3,43%, son 7 gündə isə 4,66% yüksəliş qeydə alınıb. İlin əvvəlindən bu yana isə kriptovalyuta 23,33% bahalaşaraq investorlar üçün müsbət mənzərə yaradıb.
Qeyd edək ki, hazırda Bitcoin-in bazar dəyəri 2,29 trilyon dollar həcmindədir. Son sutka ərzində 47,4 milyard dollar dəyərində Bitcoin alınıb və satılıb. Dövriyyədə olan ümumi Bitcoin sayı isə 19,94 milyon ədəddir.
Ekspertlər bildirirlər ki, bazarda artım tendensiyası davam edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













