Bitcoin bazarında son günlər müşahidə olunan dəyişikliklər kripto-investorların diqqətini cəlb edir.
PAŞA Kapital vasitəsilə PAŞA Bank istiqrazlarına - 90 MİLYON MANATDAN ARTIQ SİFARİŞ
FED.az xəbər verir ki, hazırda dünyanın ən iri kriptovalyutası Bitcoin-in qiyməti 113 562 dollar səviyyəsində qərarlaşıb. Son bir saatda qiymətdə cüzi 0,08% artım qeydə alınsa da, son 24 saat ərzində 1,55%, son 1 həftə ərzində isə 4,85% azalma müşahidə olunub. İllik göstəriciyə nəzər saldıqda isə Bitcoin ilin əvvəlindən bu yana 21,6% artım nümayiş etdirib.
Ümumi bazar dəyəri 2,26 trilyon dollar səviyyəsindədir ki, bu da kripto sektorunda hələ də lider mövqeyini qoruduğunu göstərir. Son sutka ərzində isə 71,7 milyard dollar həcmində Bitcoin alınıb və satılıb. Dövriyyədə olan Bitcoin miqdarı isə 19,9 milyon ədəd təşkil edir.
Analitiklərin fikrincə, yaxın günlərdə qiymətin 113–115 min dollar aralığında olacağı gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.