Avqustun ilk günü kriptovalyuta bazarında mənfi tendensiya ilə yadda qaldı.
Hesablama Palatası: ARDNF-nin əsas səhm portfelində gəlirlilik göstəriciləri aşağı düşüb
FED.az xəbər verir ki, bazarın lideri olan Bitcoin 113 823,34 dollar səviyyəsində qərarlaşıb. Kriptovalyutason 24 saat ərzində 1,5 faiz dəyər itirib. Bu da ayın ilk gününü azalma ilə açdığını göstərir. Həftəlik dinamika da mənfidir, son yeddi gündə Bitcoin 3 faiz ucuzlaşıb.
Hazırda Bitcoin-in bazar dəyəri 2,26 trilyon dollar təşkil edir. Son sutka ərzində 88 milyard dollar həcmində Bitcoin alqı-satqısı baş tutub. Dövriyyədə isə 19,9 milyon BTC var, bu da maksimal təklifə (21 milyon) yaxınlaşdığını göstərən mühüm göstəricidir.
İllik müqayisədə Bitcoin hələ də müsbət zonadadır. Son bir ildə qiymətdə 21,9 faiz artım qeydə alınıb. Bu isə uzunmüddətli investorlar üçün müsbət siqnal hesab olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.