Artıq son illər ərzində inkişaf edən texnoloji nəaliyyətlər sayəsində yeni və geniş imkanlara malik olan kriptovalyuta bazarı daha da genişlənir. Bu bazar, blokçeyn texnologiyaları, xüsusən də kriptovalyutalar yeni maliyyə aləti olmasına baxmayaraq bu sahədə baş verən dəyişikliklər iri kriptobirjalar və bu işlə məşğul olanların daim diqqətində olub, bu sashədəki yeniliklərlə maraqlanıblar.
Bunu nəzərə alaraq, FED.az biznes maliyyə portalı bitkoinin qiymətinin tarixi maksimuma çatmasının səbəbləri, Binance Launchpool kimi məhsulların uğuru və analitik alətə çevrilməsi, həmçinin kriptovalyutanın bazar dəyərinin sürətli artım səbələri, kriptovalyutaların qlobal arenada qəbulu və bu sahədəki gözləntilərlə bağlı dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısı olan “Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri KİRİLL XOMYAKOV-la müsahibəsini təqdim edir.
Cənab Xomyakov, 2024-cü ilin əvvəlindən etibarən bitkoinin qiymətində sabit artım müşahidə olunur. Bu artımı birbaşa hansı amillərlə əlaqələndirmək olar?
Qeyd edim ki, bitkoinin qiymətinin tarixi maksimumu olan 108 min dollardan yuxarı səviyyəyə çatması makroiqtisadi və siyasi faktorların birləşməsi ilə izah edilir. Əvvəla, ABŞ, Avropa və Asiya da daxil olmaqla əsas yurisdiksiyalarda bitkoin ETF-lərinin təsdiqi kriptovalyutaların investisiya aktivi kimi qəbulunu kökündən dəyişdi. ETF-lər bitkoinin institusional investorlar üçün daha əlçatan olmasını təmin etdi ki, bu da bazara əhəmiyyətli kapital axını cəlb etdi. İkincisi, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salması inflyasiyadan qorunan aktivlərə, o cümlədən “rəqəmsal qızıl” kimi qəbul edilən bitkoina marağın artmasına səbəb oldu.
Siyasi dəyişikliklər, o cümlədən Donald Trampın ABŞ-da keçirilən seçkilərdə qələbəsi də bazar iştirakçılarının inamını artırmaqda mühüm rol oynadı. Onun ABŞ-ı qlobal kriptohabına çevirmək barədə seçkiqabağı vədləri investorları ruhlandırdı və bitkoina olan marağı yenidən artırdı. Bu amillər birlikdə bitkoinin strateji aktiv kimi mövqeyini gücləndirmək üçün əlverişli mühit yaratdı. Təbii ki, MicroStrategy-nin rəhbəri Saylorun, bəzi mayninq şirkətlərinin və ETF-lərin hər həftə mütəmadi olaraq böyük həcmdə kriptovalyuta almağa davam etməsi də bu prosesdə mühüm rol oynadı.
Bitkoinin qiymətinin artması fonunda son üç ayda Binance-in müştəri portfelində və daxilolmaların həcmi ilə bağlı hansı əhəmiyyətli dəyişikliklər baş verib? Konkret rəqəmlərlə bölüşə bilərsinizmi?
Son üç ay Binance üçün xüsusilə uğurlu olub. İstifadəçi bazamız 21% artaraq hazırda dünya üzrə 244 milyondan çox istifadəçiyə xidmət göstəririk. Bu, həm platformamıza olan etimadı, həm də kriptovalyutalara artan marağı əks etdirən əhəmiyyətli bir göstəricidir. Pul ifadəsində, 2024-cü ilin ilk üç rübündə Binance platformasına xalis vəsait axını 21,6 milyard dollar təşkil edib. DefiLama-nın məlumatına görə, bu rəqəm 10 ən yaxın rəqibimizin ümumi göstəricisindən 40% daha yüksəkdir. Bu nəticələr, yalnız innovativ məhsullar deyil, həm də yüksək təhlükəsizlik və uyğunluq standartları ilə təmin edilən platformamızın sənayedə liderliyini təsdiqləyir.
Vəsait axınları ticarət həcmlərinin artması, Binance Launchpool kimi məhsulların uğuru və analitik alətlərimizə olan maraqla əlaqəlidir. Artımın əsas hərəkətverici qüvvəsi, istifadəçilərimizin ehtiyaclarına uyğun platforma təqdim etmək qabiliyyətimiz oldu – istər ticarət, istər aktivlərin saxlanması, istərsə də yeni layihələrdə iştirak üçün.
Binance platformasına istifadəçilərin kütləvi şəkildə cəlb olunması nə ilə əlaqədardır?
Son aylar platformanın həm istifadəçi sayında, həm də ticarət həcmlərində əhəmiyyətli artım müşahidə olunub. Bu davamlı uğur, müşahidə etdiyimiz dördillik “bazarın yüksəlişi” dövrü və digər mühüm amillərlə bağlıdır.
Kriptovalyutalara olan maraq sürətlə artmağa davam edir. Binance istifadəçiləri arasında keçirilən və dünya üzrə 27 000-dən çox insanın iştirak etdiyi qlobal sorğunun nəticələrinə görə: 31.09% treyderlər gündəlik, 22.91% isə həftəlik ticarət əməliyyatları aparır. Binance Spot platformanın ən populyar məhsulu olaraq qalır və istifadəçilərin 25.89%-i aktiv şəkildə bu xidmətdən yararlanır. Bu, cəmiyyətin yüksək səviyyədə iştirakını və Binance Earn və Binance Convert kimi innovativ məhsullarımızın yüksək tələbatını vurğulayır. Bu məhsullar istifadəçilərə aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə kömək edir. Bitkoinin yeni tarixi maksimuma çatması ümumilikdə kriptovalyuta bazarı üçün mühüm mərhələ oldu. Bu hadisə həm institusional, həm də pərakəndə investorlar arasında əhəmiyyətli aktivlik artımını stimullaşdırdı. Bitkoin-ETF-lərinin təsdiqi əsas katalizator rolunu oynadı və ənənəvi maliyyə institutlarına, o cümlədən pensiya fondlarına kriptovalyutaları təhlükəsiz şəkildə öz portfellərinə inteqrasiya etməyə imkan verdi. Qeyd etmək lazımdır ki, son altı ay ərzində yeni istifadəçilərin təxminən 24.52%-i kriptovalyuta bazarına ilk addımlarını Binance-in infrastrukturu vasitəsilə atıb. Bu, platformamıza olan yüksək etimadı bir daha vurğulayır.
Kriptovalyutaların populyarlığı onların sürətli dəyər artımı potensialı və maliyyə müstəqilliyi təmin etmə qabiliyyəti sayəsində artmağa davam edir. İstifadəçilər arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 22.4%-i aktivlərin sürətli artımı imkanını bazara daxil olmaq üçün əsas amil kimi qeyd edib. Binance, istifadəçilərin ekosistemimizlə qarşılıqlı əlaqəsini asanlaşdırmaq və kriptovalyutaları hər kəs üçün əlçatan etmək məqsədilə təhsil təşəbbüslərini aktiv şəkildə inkişaf etdirir. Bu yanaşma həm yeni istifadəçilərin cəlb olunmasına, həm də platformaya olan etimadın möhkəmlənməsinə töhfə verir.
Bu amillər, yəni açıq marağın artımı, bitkoinin rekord göstəriciləri və ümumi kriptovalyutalara artan maraq bu ilki uğurumuzun əsasını təşkil etdi. Biz istifadəçilərimizin ehtiyaclarına uyğun məhsullar inkişaf etdirməyə davam edəcək və onlara rəqəmsal aktivlərlə təhlükəsiz və rahat qarşılıqlı əlaqə üçün etibarlı alətlər təqdim edəcəyik.
Son dövrlərin əsas hadisələri və meyilləri rəqəmsal aktivlərin qlobal qəbulunu da sürətləndirir. Bu prosesləri necə izah edə bilərsiniz?
Əsas hadisələrdən biri bitkoin və eter (ethereum) üçün ETF-lərin təsdiqlənməsi, institusional investisiyaların artımı və mərkəzləşdirilməmiş maliyyə (DeFi) həllərinin populyarlaşması oldu. 2024-cü ildə ABŞ-da spot bitkoin və eter ETF-lərinin təsdiqlənməsi pensiya fondları, banklar və investisiya şirkətləri kimi iri oyunçulara kriptovalyutaları təhlükəsiz şəkildə öz portfellərinə inteqrasiya etmək üçün yeni imkanlar açdı. Bu trendin davam edəcəyini gözləyirik və burada 2025-ci ilin yanvar ayında işə başlayacaq ABŞ-ın yeni hökuməti də mühüm rol oynayacaq. Bu, qanunvericilikdəki dəstək və qlobal səviyyədə kriptovalyuta sənayesinə inamın artması üçün əhəmiyyətli təsir göstərə bilər.
BlackRock və Fidelity kimi institusional oyunçular, 2024-cü ildə kriptovalyuta sahəsində aktiv inkişaf etməyə başlayaraq, tokenləşdirilmiş aktivlər kimi kriptofunksiyaları öz bizneslərinə inteqrasiya edəcək yeni iştirakçılar üçün yol açırlar. Bu trend, innovasiyalara olan maraq və rəqəmsal iqtisadiyyata uyğunlaşmağa hazırlıq sayəsində daha da güclənir.
Məşhur mem-koinsin artan populyarlığı da kripto sənayesinin innovativ təbiətini əks etdirir. $DOGE və $SHIB kimi layihələr, yüksək spekulyativ xarakterinə baxmayaraq, bəzi memkoinsin ekosistemanın əhəmiyyətli iştirakçılarına çevrilmə potensialını nümayiş etdirir.
Binance olaraq, memkoins ilə bağlı risklər və onların blokçeyn texnologiyalarının təkamülündəki rolu haqqında istifadəçiləri maarifləndirməyə yönəlmişik. Məqsədimiz, istifadəçilərimizi düzgün məlumatlandıraraq, onların innovativ kriptohəllərə məsuliyyətlə yanaşmalarını təmin etməkdir.
Xülasə olaraq, rəqəmsal aktivlərin qəbulunun bu gün qanunvericilik təşəbbüsləri, institusional maraq və texnoloji innovasiyaların birləşməsi ilə müəyyən edildiyini görə bilərik.
Bazarın real vəziyyətini nəzərə alaraq, kriptovalyutaların qlobal maliyyə və siyasi arenada qəbulunun artmaqda olduğunu müşahidə etmək mümkündür. Gələcəkdə bu sahənin necə inkişaf edəcəyinə dair fikirlər aşağıdakı kimidir:
Kriptovalyutaların qlobal arenada qəbulu ənənəvi maliyyə sistemlərinə inteqrasiya olunduqca daha da artacaq. Artıq bitkoinin strateji rezervlər kimi istifadəsi müzakirə olunur ki, bu da onun qlobal aktiv kimi əhəmiyyətini vurğulayır. Lakin bu prosesin 2025-ci ilə qədər geniş şəkildə yayılması ehtimalı azdır.
Texnoloji baxımdan, blokçeyn iqtisadiyyatın logistika, tibb və təhsil kimi müxtəlif sektorlarını transformasiya etməyə davam edəcək. Real aktivlərin tokenləşdirilməsinin artacağını gözləyirik ki, bu da likvidliyi artıracaq və yeni investisiya imkanları yaradacaq.
Tənzimləmə ilə bağlı həm qlobal, həm də milli səviyyədə əhəmiyyətli irəliləyişlər müşahidə edirik. Avropada MiCA (Markets in Crypto-Assets) qüvvəyə minir və Avropa İttifaqında kriptovalyutaların tənzimlənməsi üçün vahid yanaşma təmin edir. Bu, istifadəçilərdən tutmuş institusional investorlaradək bazarın bütün iştirakçıları üçün şəffaf qaydalar yaradır və həm tətbiqləri, həm də innovasiyaları stimullaşdırır.
Qazaxıstanda isə lisenziyalı kriptovalyuta platformaları artıq ölkə səviyyədə fəaliyyət göstərir. Bu dəyişikliklər biznes üçün şəffaf və təhlükəsiz şərtlər yaradır, istifadəçilərin etimadını gücləndirir və institusional investorların cəlb olunmasına təkan verir.