İranda məscidlərdən «bitkoin fermaları» kim istifadə etməyə başlayırlar. Mömünlərin namaz qaldığı məscidlərdə, bir sıra diribaşlar bitkoin istehsal edirmişlər.
FED.az xəbər verir ki, son günlər bitkoinin qiymətinin kəskin artması bitkoin mayniniqinə - yəni bitkoin istehsalına marağı kəskin yüksəldib. FED.az xəbər verir ki, bitkoinin ucuzlaşmasından sonra arxa plana keçən mayninq prosesi ilə indi - bitkoin bahalaşandan sonra daha çox şəxs məşğul olmağa başlayıb.
Eləcə də bax: İranla ticarət üçün yeni sistem işə düşdü – SANKSİYALARDAN QORUYUR
Qeyd edək ki, bitkoin istehsalı üçün mayninq aparatları kompüterlər üçün videokartı xatırladır. Onların əsas xərci elektrik enerjisi ilə bağlıdır- mayninq aparatı böyük həcmdə «enerji içir». Ona görə də bitkoin maynerləri bitkoin istehsal etmək üçün dünyada enerjinin ya ucuz ya da pulsuz olduğu yerləri axtarırlar. İndi məlum olub ki, belə yerlərdən biri İrandakı məscidər imiş…
ABŞ-ın sanksiyaları ilə beynəlxalq ticarətdə çətinlik çəkən İranda, Bitkon istehsalı kəskin artıb. Qeyd edək ki, böyük elektrik sərfiyyatına görə, «Bitcoin mayninq» ilə məşğul olanlar dövlətin ucuz enerji satdığı fabriklərə, kənd təsərrüfatı sahələrinə, ictimai qurumlara və məktəblərə yönəliblər. İranda isə məscidlərə enerji pulsuz verilir. Bu ölkədə məscidlərin və digər obyektlərin enerji ilə pulsuz təminatı üçün ildə 1 milyard dollar xərclənir.
Ona görə də bu ölkədəki bəzi diribaş sahibkarlar bitkoin istehsalı üçün məhz məscidlərə üz tutublar. Bəzi diribaş maynerlər hətta Fransa, Ukrayna və Ermənistandan İrana çevrilib.
İran hökuməti bitkoin maynerlərinin ölkəyə həvəsindən demək olar ki, təsadüfən - İran məscidlərində enerjidən istifadənin kəskin artmasından sonra xəbər tutub. Təkcə iyun ayında məscidlərdə enerji sərfiyyatının 5% yüksəlməsi nəzarət orqanlarını şübhələndirib. Energetika Nazirliyi bunun səbəbini araşdıranda məlum olub ki, İrandakı bəzi məscidlərdə bitkoin istehsalı qurulub. Nazirliyin nümaynədəsi Mustafa Məşhadi bildirib ki, «Qeyri-adi artım bitkoin istehsalı ilə bağlıdır və bu vəziyyət enerji şəbəkəsində də problem yaratmağa başlayıb».
Hesablamaya görə, hazırda İranda qiyməti 12-13 min dollar arasında dəyişən bir bitkoinin istehsalı üçün sərf edilən enerjinin həcmi 24 evin illik elektrik istehlakına bərabərdir.
İran mətbuatı yazır ki, bundan hiddətlənən hökumət elektrik istehlakının sürətli artmasına görə tədbir almağa hazırlaşır. Məşhədi, Bitcoin mədəncilərinin müəyyən edilərək elektrik enerjisini kəsəcəklərini bildirib.
Artıq İran rəsmiləri 1000 ədəd bitkoin istehsalı avadanlığını müsadirə ediblər. Bu avadanlıqlar hazırda fəaliyyətsiz olan iki zavodda aşkar edilib.
Qeyd edək ki, ümumilikdə İranda bitkoinə münasibət pis deyil – İran sanksiya altında olduğuna görə, onun əksər bank əməliyyatlarına ABŞ tərəfindən qadağa qoyulub və belə vəziyyətdə bitkoin sanksiyalaran yan keçmək üçün əla vasitədir.
Amma hökumət bu sahədə sui-istifadəyə imkan vermək fikrində deyil. Ona görə də hazırda hökumət enerji qiymətlərinə yenidən baxmağı planlaşdırır. Yeni qiymətlərə qədər isə bütün bitkoin aparatları müsadirə ediləcək. Dünyada isə kripto pul sənayesinin istehlak etdiyi enerji ildə 68 teravitə çatıb. Bu Portuqaliya, Çili, Cəzayir, İsveçrə kimi ölkələrin iqtisadiyyatlarının enerji istehlakına da yaxındır.
İran məscidlərində – BİTKOİN İSTEHSAL EDİLİRMİŞ – ÜSTÜ AÇILIB
13:34
29 İyun 2019