Geosiyasi gərginlik, zəifləyən iqtisadiyyat və tənəzzül təhlükəsi qalmaqdadır və bu, bazarlarda mənfi reaksiyaya səbəb olur. İndi investorlar qızıla yox, dollara üstünlük verirlər.
FED.az Banker.az-a istinadən xəbər verir ki, son günlərdə qiymətli metalın qiyməti düşdükdən sonra, kotirovkalar avqustun əvvəlindəki səviyyəyə edib.
Eləcə də bax: Vahid Ələkbərov SƏ-də baş verən hadisələrdən - 552 MLN DOLLAR QAZANDI
Bununla yanaşı, hərracların iştirakçıları aktiv şəkildə dollar almağa başlayıblar. Əslində, dollar likvidliyinin çatışmazlığı donunda bu davranış məntiqli görünür.
Bir sözlə, qızıl və gümüşün nisbəti bazardakı gərginliyin göstəricilərindən biridir. Göstəricinin 80 punktdan yuxarı olması, fond bazarındakı dəyişikliklərdən xəbər verir.
Son zamanlarda, fond indeksləri o qədər manipulyasiya edilib ki, bu göstərici yalnız qismən işləyir. Buna baxmayaraq, ötən ilin sonunda verilən “proqnoz” özünü tam olaraq doğurub.
Qiymətin düşməsi nə ilə əlaqəlidir? Əslində, qızılın qiymətini obyektiv qiymətləndirmək çətindir. Biz bir çox dəlil gətirə bilərik, amma fiziki bazar ilə fyuçers bazarı arasındakı fərqlər həmişə olduqca güclü olmuşdur.
Mərkəzi banklar və qızıl
Bir neçə ildir ki, müxtəlif ölkələrin mərkəzi bankları qızılın ən fəal alıcılarıdır. Mərkəzi banklar tərəfindən qızılın geniş miqyaslı alışının gələcək illərdə də davam edəcəyi ehtimal olunur. “Australia & New Zealand Banking Group Ltd.” nin proqnozlarına görə, bu tendensiya davam edəcək.
“İndiki şəraitdə, inkişaf etməkdə olan ölkələrin valyutaları ilə bağlı qeyri-müəyyənlik yüksək olduqda, Rusiya, Türkiyə, Qazaxıstan və Çin kimi ölkələrin portfellərini şaxələndirməyə davam etmək üçün yaxşı bir səbəb var”, – Bloomberg ANZ araşdırmasına istinadən yazır. Bankdan verilən məlumata görə, bu sektorun xalis alışlarının 650 tondan çox olacağı ehtimal olunur.
Mərkəzi banklar artım tempinin azalması, ticarət və geosiyasi gərginliyin isə artması fonunda ehtiyatlarını artırırlar və bəzi ölkələr dollardan uzaqlaşaraq portfellərini şaxələndirməyə çalışırlar. ANZ-nin verdiyi məlumata görə, hazırda qızıl istehlakının 10%-i mərkəzi bankların payına düşür.