İnvestorlar ABŞ və İran arasında atəşkəs elan edilməzdən cəmi bir neçə saat əvvəl neft qiymətlərinin düşəcəyinə dair təxminən 950 milyon dollar (1 milyard 615 milyon AZN) pul qoyublar.
“Bloomberg”: Dünyanın ən varlı 500 adamı ABŞ-İran atəşkəsi fonunda 265 milyard dollar qazanıb
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Neft qiymətlərinin artması və ya düşməsinə belə investisiyaların yatırılması qeyri-adi hal olmasa da, bu tipli əməliyyatlar çox nadir hallarda böyük paketlərlə həyata keçirilir.
Bu həmçinin ABŞ Prezidenti Donald Trampın mühüm siyasi bəyanatı ərəfəsində dünyanın ən çox satılan xammal məhsulunun qiymət dinamikasına edilən növbəti ilk iri məbləğ deyil. Belə ki, martın 23-də investorlar Trampın İranın enerji infrastrukturuna zərbələri təxirə saldığını elan etməsindən cəmi 15 dəqiqə əvvəl 500 milyon dollarlıq neft füçersləri satmışdılar. Həmin bəyanat da neftin qiymətinin 15% düşməsinə səbəb olmuşdu.
Qeyd edək ki, Donald Tramp aprelin 8-nə keçən gecə İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb. Bundan sonra neft füçersləri təxminən 15% ucuzlaşaraq 100 dollardan aşağı düşüb.














