Azərbaycandakı investisiya şirkətləri iqtisadiyyata kapital qoyuluşu üzrə kredit təşkilatları ilə rəqabətdə hələ ki, uduzur.
Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır
FED.az xəbər verir ki, bunu ölkənin investisiya şirkətlərindən birinin nümayəndəsi Elçin Məmmədov bildirib.
"Statistikaya baxsaq görərik ki, ölkədə investisiya qoyuluşunun böyük hissəsi kreditləşmə hesabına həyata keçirilir. Səhm və istiqraz buraxılışı hesabına cəlb olunan vəsaitlə investisiya qoyuluşu isə azdır", - deyə o qeyd edib.
E.Məmmədov bir qədər əvvəl ölkənin banklarından birinin nizamnamə kapitalını artırmaq üçün səhm emissiyası həyata keçirdiyini və 55 milyon manatan çox kapital cəlb etdiyini xatırladıb: "Bu vəsait birbaşa banka gəlsə də, önəmli faktdlır, çünki, dolayısı ilə iqtisadiyyatın inkişafına təkan verir". (Report)