“Comex” birjasında gümüş füçerslərinin (2025-ci ilin dekabrına olan tədarüklər üçün) qiyməti tarixi ən yüksək həddini yeniləyərək, bir troy unsiyası üçün 50 ABŞ dollarını (85 AZN) ötüb keçib.
FED.az xəbər verir ki, bu barədə xarici KİV yazır.
Məlumata görə, qiymətli metalın dəyəri 5,97% artaraq bir troy unsiyası üçün 50,07 ABŞ dolları (85,12 AZN) təşkil edib. Saat 16:48-ə yaxın isə gümüşün qiyməti artım tempini bir qədər azaldaraq 49,825 dollar (+5,46%) səviyyəsinə enib.
Eyni zamanda, 2025-ci ilin dekabr ayında təhvil veriləcək qızıl fyuçersinin “Comex” birjasındakı qiyməti 4 097,2 dollar (+2,42%) səviyyəsində olub. (Trend)