Dünya birjalarında gümüşün qiyməti son 14 il ərzində ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, bu gün Nyu-York Ticarət Birjasının bölməsi olan Comex birjasında dekabr ayı üzrə fyuçers müqavilələrində gümüşün qiymətim 2011-ci il mayın 2-dən bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 48 dollardan yuxarı qalxıb.
Belə ki, qiymətli metalın qiyməti 1,45% artaraq 1 troy unsiyası üçün 48,01 dollar olub, sonradan qiymətlər bir qədər geriləyərək 47,875 dollara enib.
Elə bu gün Comex birjasında 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl fyuçersləri üzrə qiymət 3 918 dollara yüksəlib – qiymət artımı 0,68% təşkil edib.