“Gəncə-Universam” QSC-nin AZ1001016752 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hər birirnin nominal dəyəri 2 manat olan, 92431 ədəd adi, adlı səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, dövriyyədən çıxarılan səhmləri ümumi dəyəri 184 862 manat təşkil edir.
Qeyd edək ki, “Gəncə-Universam” QSC 15 iyul 1998-ci ildə yaradılıb. Qanuni təmsilçisi Əkbər Qasımov Əlyoş oğludur. Hüquqi ünvanı Gəncə şəhəri, H.Əliyev prospekti 149 ünvanıdır.