Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən elan edilən tender gözlənilən nəticəni verməyib.
“Azərişıq” Kəlbəcərdə 27 milyon manatlıq layihəyə start verəcək - TENDER
FED.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayonunda yerləşəcək 3 çıxışlı inzibati binasının tikintisinə dair keçirilən tender müsabiqəsi ləğv edilib. Rəsmi məlumata əsasən, ləğvin səbəbi tenderdə iştirak etmək üçün maraq göstərən şirkətlərin sayının kifayət qədər olmaması ilə bağlıdır. Daha dəqiq desək, tələb olunan sənədləri təqdim edən və müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən müsabiqənin baş tutmamasına səbəb olub.
Layihənin ehtimal olunan dəyəri 3.383.982,78 AZN təşkil etsə də, bu məbləğ belə şirkətləri cəlb etməyə kifayət etməyib. Tender 27 fevral 2025-ci il tarixində elan olunmuş və təkliflərin son qəbul tarixi 11 aprel 2025-ci il saat 11:59-a təyin edilmişdi. Elə həmin tarixdə zərflərin açılması da nəzərdə tutulurdu. Lakin maraq göstərən şirkət olmadığından tender baş tutmayıb.