21 may 2025-ci il tarixində düyünün 100 funt (cwt – sentner) üçün qiyməti 12.70 ABŞ dollarına çatdı.
Bitcoin yeni zirvədə - 107 MİN ARTIQ DOLLAR GERİDƏDİR!
FED.az xəbər verir ki, bu əvvəlki günə nisbətən cəmi 0.01 dollar (1 sent) artım deməkdir. Yəni, artım faiz olaraq sadəcə 0.08% təşkil edir. Kiçik rəqəmlər olsa da, ərzaq bazarındakı sabitlik və ya sükunət dövrlərində bu cür xırda dəyişikliklər də ciddi göstərici sayılır.
Qısa müddətdəki dəyişikliklərə baxsaq, düyü son həftə ərzində 0.55%, son bir ayda isə 4.55% ucuzlaşıb. Bu isə onu göstərir ki, bazarda düyü qiymətlərində əsasən eniş tendensiyası hökm sürür.
Daha geniş – illik mənzərəyə baxdıqda isə vəziyyət daha dramatikdir. Son 1 ildə düyünün qiyməti tam 32.25% azalıb. Bu, həm təklif bolluğu, həm də tələb zəifləməsi ilə əlaqəli ola bilər. Eyni zamanda ilin əvvəlindən indiyədək olan dəyişmə də -9.45% təşkil edir.
Yəni qısacası, düyü bazarı sakit səslə “aşağı enir”.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.