Düynada kriptovalyuta ilə varlananların və böyük sərvət toplayanların sayı açıqlanıb.
FED.az xəbər verir ki, 1 milyon dollarlan artıq kriptovalyutası olanların sayı son bir ildə 40% və ya təqribən 70 min nəfər artıb və hazırda belə şəxslərin sayı 241 min nəfərdir.
100 milyon dollardan artıq kriptovalyutası olan şəxsləin – sentimilyonçuların sayı isə 125 nəfər və ya daha 38% artaraq 450 nəfərə çatıb. 36 milyon nəfərin isə 1 milyard dollardan artıq kriptoalyutası var. Belələrinin sayı son bir ildə 10 nəfər artıb.
Kriptovalyuta bazarının və buradakı istifadəçilərin əksəriyyəti bitkoinin payına düşür. Belə ki, 242 min milyonçudan 145 min nəfəri bitkoin milyonçusudur. Son ildə bitkoin milyonçularının sayı 60 min nəfər artıb.
450 nəfərlik senti milyonçunun da yarıdan çoxu bitkoinlə varlanıb – 254 nəfər. Ötən il dünyada 100 milyon dolarlıq bitkoini olan 154 nəfər vardısa, bu il onların sayı 100 nəfər artıb.
1 milyard dollardan artıq bitkoini olanların sayı isə daha 6 nəfər çoxalıb və 17 nəfərə çatıb.
Son məlumatlara görə dünyada 590 milyon nəfər kriptovalyuta istifadəçisidir. Son bir ildə kriptoya pul yatıranların sayı daha 28 milyon nəfər artıb.
Kriptovalyutalara pul qoyanların yarısı bitkoinə yatırıblar – 295 milyon nəfər. Son bir ildə bitkoinə yatırım edənlərin sayı 20 milyon nəfər çoxalıb. Yəni son bir ildə kriptovalyutaya yatırım edən 28 milyon nəfərin 20 milyon nəfəri bitkoinə pul yatırıb.
Kriptovalyuta bazarının ümumi həcmi isə təxminən 1 trilyon dollarartaraq 3,3 trilyon dollara çatıb. Bunun 3-də 2-si bitkoindir – 2,1 trilyon dollar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.