2018-ci ilin 1-ci yarısında qlobal bazarlarda iqtisadi qərarlara mənfi təsir göstərəcək gücdə bir çox geosiyasi və siyasi hadisə baş verib. Buna baxmayaraq, investorların riskləri fürsətə çevirməsi nəticəsində dünya birjalarının dəyəri 2018-ci ilin sonun ilə müqayisədə 7,6 trilyon dollar artaraq 82 trilyon dolları aşıb.
FED.az xəbər verir ki, Dünya Birjalar Federasiyasının (WFE) məlumatlarına görə, 2018-ci ilin sonunda 74 trilyon 666 milyard 992 milyon dollar olan dünya birjalarının dəyəri, ilk 6 yada 82 trilyon 253 milyard 289 milyon dollara çatıb. Sözügedən prosesdə dünya birjalarının dəyəri 10,2 faiz artıb, bu da 7 trilyon 586 milyard 407 milyon dollarlıq bahalaşma deməkdir.
Amerika zonasında yerləşən birjalarının dəyəri ilk yarımildə 2018-ci ilin sonuna nisbətən 14,4 faiz artaraq 34 trilyon 206 milyard 92 milyon dollardan 39 trilyon 132 milyard 34 milyon dollara çatıb.
Bu dövrdə, Avropa, Afrika və Orta Şərq bölgəsindəki birjalarda bazar dəyəri 12,3 faiz artaraq 16 trilyon 565,5 milyard dollardan 18 trilyon 608,6 milyard dollara yüksəlib.
Asiya və Sakit Okean birjalarının bazar dəyəri isə 2,6%-lik artımla 23 trilyon 895,3 milyard dollardan 24 trilyon 512,6 milyard dollara qalxıb.
ABŞ ilə Çin arasında ticarət danışıqlarına dair informasiya axınının gündəmdən düşmədiyi ilk 6 ayda, himayəçilik meyli narahatçılıqları, Brexit qeyri-müəyyənliyi, qlobal iqtisadi artım sürətinin yavaşlaması, dünya miqyasında iqtisadi göstəricilərin zəifləməsi və geosiyasi risklər bazarlara istiqamət verən hadisələr kimi önə çıxdı. Bütün bunlar nəticəsində investorlar riskli aktivlərdə qaçmağa başladılar.
Mərkəzi banklar tərəfində isə ABŞ Mərkəz Bankı ilə (Fed) Avropa Mərkəzi Bankı (ECB) başda olmaqla, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə faizlərdə azalma olacağı siqnalı verildi, ekspansionist siyasətlərə geri dönüşün ilk addımları atıldı.