2025-ci ilin göstəricilərinə əsasən, investisiya şirkətlərinin dövlət istiqrazları ilə apardıqları əməliyyatların həcmindəki illik artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə artım tempinə görə "ABB İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkətin dövlət istiqrazları üzrə dövriyyəsi ötən illə müqayisədə 3 milyard 452 milyon 791 min manat artaraq 4,4 dəfə yüksəlib.
İkinci yerdə "Troni İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkətin göstəricilərində 1 milyon 358 min manat, yəni 3,3 dəfə artım qeydə alınıb.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi mütləq rəqəmlə ən çox artsa da, artım tempi baxımından siyahıda üçüncü olub. Burada artım 6 milyard 34 milyon 732 min manat və ya 2,5 dəfə təşkil edib.
Siyahını "İnvest-Az İnvestisiya Şirkəti" ASC tamamlayır – şirkətin dövlət istiqrazları üzrə əməliyyat həcmi 147 milyon 710 min manat, başqa sözlə 75,8 faiz artıb.











