Cari həftəyə enişlə başlayan dollar indeksi 104.60 bənd hədlərinə qədər geriləyib.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları- 26 DƏFƏ ARTIB
Dünən açıqlanan Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (Zentrum fuer Europaische Wirtschaftsforschung, ZEW) hesabatına əsasən Avrozonada və Almaniyada iqtisadi aktivlik indeksində mənfi göstəricinin dərinləşməsinə və İngiltərədə işsizlik səviyyəsinin 4.3%-ə qədər artmasına baxmayaraq, FED-in növbəti toplantısında faiz artımlarına getməyəcəyinə dair ehtimallar DXY-da eniş tendensiyasını dəstəklədi.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri günü müvafiq olaraq 1.0750 və 1.2490 hədlərində tamamladılar. Əgər “buğalar” qiymətləri 1.07$ və 1.25$ həddlərinin üzərində saxlaya bilsələr, korrektiv artımlar bir qədər uzana bilər.
Bu gün isə Amerikada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri FED-in monetar siyasətinin gələcəyinə dair bir çox suallara aydınlıq gətirə və nəhayətdə dollar indeksində tendensiyanın gedişində həlledici rol oynaya bilər.
Bu gün həmçinin İngiltərədə dərc olunacaq iqtisadi inkişaf səviyyəsi, sənaye istehsalının həcmi və ticarət saldosu, Avrozonada yayımlanacaq sənaye istehsalının həcmi kimi önəmli iqtisadi göstəricilər EURUSD və GBPUSD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.